ELM VƏ TƏHSİL


“Şəbəkə inzibatçısı” təlimləri təşkil olunacaq

Bakı, 25 fevral, AZƏRTAC

Peşə Təhsili üzrə Dövlət Agentliyi və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkil etdiyi “Şəbəkə inzibatçısı” təlimlərinə müraciətlər qəbul olunur.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, təlimlərə seçilmiş iştirakçılar şəbəkə avadanlıqları, onların işləmə mexanizmi, lokal və qlobal şəbəkənin qurulması və sazlanması, şəbəkədə istifadə edilən protokollar, “İP rutinq” və “lan sviçinq” texnologiyası haqqında öyrənəcək və təcrübədə tətbiq etmək imkanı əldə edəcəklər.

İştirak üçün əsas meyarlara əsasən başlanğıc səviyyə ingilis dili bilikləri, kompüterdə işləmək bacarığı, “Windows” əməliyyat sistemlərinin quraşdırılma və sazlanmasını bilmək tələb olunur. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək təlimin müddəti 60 saatdır (2 ay).

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara dövlət nümunəli sertifikatlar təqdim ediləcək. Təlimdə iştirak etmək istəyənlər martın 12-dək müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.