CƏMİYYƏT
“Şəbəkə və diaspor fəaliyyəti” adlı onlayn seminar keçirilib
Paris, 30 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Nigeriyada Azərbaycan Dostları Assosiasiyasının birgə təşkilatçılığı ilə “Şəbəkə və diaspor fəaliyyəti” adlı onlayn seminar təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konfransda müxtəlif ölkələrdə yaşayan və mədəniyyət, iqtisadiyyat, elm sahələrində çalışan diaspor üzvlərimiz iştirak ediblər. Onlar şəbəkənin diasporun fəaliyyətində rolundan bəhs edərək, diaspor təşkilatlarımızın strukturu, qarşısında duran vəzifələrinə dair müzakirələr aparıblar.
İştirakçılar Azərbaycan məhsullarının dünyada təşviq edilməsinin vacibliyinə toxunaraq, bu istiqamətdə fikir mübadiləsi aparıblar.
Konfransda iştirak edən Nigeriyada Azərbaycan Dostları Assosiasiyasının təsisçisi və prezidenti Billura Bayramova diaspor strukturunun vacibliyinə toxunub, yerli məhsullarımızın beynəlxalq səviyyədə tanıdılması üçün diaspor üzvlərimizin sahibkarlara yardım etməsinin əhəmiyyətindən söz açıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris