İQTİSADİYYAT
“Şəbəkə” xidmət mərkəzindən istifadə edənlərin sayı on minə çatıb
Bakı, 1 mart, AZƏRTAC
“Şəbəkə” xidmət mərkəzinin açılışından cəmi 18 gün keçməsinə baxmayaraq, artıq onun xidmətlərindən minlərlə vətəndaş yararlanıb. Belə ki, xidmət mərkəzindən istifadə edənlərin sayı on minə çatıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Şəbəkə”nin on mininci müştərisi olaraq qeydə alınan Bakı şəhər sakini Etibar İsmayılov mükafatlandırılıb.
Qeyd edək ki, ilk “Şəbəkə” xidmət mərkəzi Üzeyir Hacıbəyli 36 ünvanında yerləşən 1 saylı poçt filialında istifadəyə verilib.
Mərkəzdə bütün növ telekommunikasiya, poçt, bank və maliyyə xidmətləri göstərilir. Vətəndaşlar telefon çəkilişi, internetə qoşulma, bütün növ rabitə xidmətlərinin ödənişi, mobil cihazların IMEI qeydiyyatı, elektron hökumət xidmətlərindən yararlanmaq, elektron imza, valyuta mübadiləsi və aviabiletlərin alınması üçün bu mərkəzə müraciət edə bilərlər.