CƏMİYYƏT


Səbinə Əliyeva: Ermənistan itkin düşmüş şəxslərin taleyi barədə məlumat verməkdən yayınır

Səbinə Əliyeva: Ermənistan itkin düşmüş şəxslərin taleyi barədə məlumat verməkdən yayınır

Bakı, 25 yanvar, AZƏRTAC

Azərbaycanın aidiyyəti dövlət orqanları tərəfindən Ermənistana, eləcə də beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər edilsə də, bu gün də qarşı tərəf əsassız bəhanələrlə itkin düşmüş şəxslərin taleyi barədə məlumat verməkdən yayınır, əsir və girov götürülmüş azərbaycanlıları müxtəlif ağır işğəncələrə məruz qoymaqla qətlə yetirərək qeyri-insani şəraitdə basdırdıqları kütləvi məzarlıqların xəritələrini verməkdən imtina edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın beynəlxalq təşkilatlara ünvanladığı müraciətində əksini tapıb.

Ombudsman, həmçinin bildirib: “Göründüyü kimi, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş, habelə əsir və itkin düşmüş, girov götürülmüş çoxsaylı soydaşlarımızın beynəlxalq müqavilələrdə və milli qanunvericilikdə təsbit olunmuş fundamental insan hüquqları, xüsusən də yaşamaq, azadlıq və sərbəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması, şərəf və ləyaqətin müdafiəsi hüquqları kütləvi və kobud şəkildə pozulub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.