SİYASƏT


Səbinə Əliyeva: Qlobal Bakı Forumunda qaldırılan mövzular olduqca aktualdır VİDEO

Bakı, 17 iyun, AZƏRTAC

İştirak etdiyimiz IX Beynəlxalq Bakı Forumu olduqca əhəmiyyətlidir. Hesab edirəm ki, burda qaldırılan mövzular olduqca aktualdır.

Bu sözləri IX Qlobal Bakı Forumunda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva AZƏRTAC-a verdiyi açıqlamasında deyib.

“Müxtəlif panellər var, burada həm diskussiyalarda iştirak edən şəxslərin təcrübələri, bilikləri dünyada hazırda mövcud olan problemlərin həllində olduqca əhəmiyyətlidir. Bu gün Forumun ikinci günüdür və müzakirəyə çıxarılan problemlər həm Azərbaycan, həm də dünya üçün çox aktualdır. Əlbəttə ki, bu forum dünya problemlərinin həlli istiqamətində müəyyən töhfələrini verəcək”, - deyə S.Əliyeva bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.