CƏMİYYƏT
Səbinə Əliyeva: Ümid edirik ki, türk dövlətləri ombudsmanları Şuşada gördükləri dağıntılar barədə dünya ictimaiyyətinə geniş məlumat verəcəklər
Bakı, 25 may, AZƏRTAC
Bu il Ombudsman Aparatının yaradılmasının 20 illiyi qeyd edilir. 2022-ci il bizim üçün çox əlamətdardır. Biz bu münasibətlə türk dövlətləri ombudsmanlarını ölkəmizə dəvət etmişik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva söyləyib.
“Ötən gün biz Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər etdik, ölkəmizə gələn qonaqlar ilə birlikdə oradakı dağıntıların şahidi olduq. Ümid edirik ki, onlar bu məsələləri öz ölkələrində işıqlandıracaq, gələcəkdə iştirak edəcəkləri beynəlxalq tədbirlərdə dünya ictimaiyyətinə müharibə cinayətləri haqqında geniş məlumat verəcəklər”, - deyə ombudsman qeyd edib.