CƏMİYYƏT


Səbinə Hüseynova: Hüquq mühafizə orqanlarında çalışan gənc xanımların sayının artması sevindirici haldır VİDEO

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının gənc əməkdaşlarının “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda I Forumunun keçirilməsi mühüm hadisədir. Bir gənc kimi bu forumda iştirakım gələcək fəaliyyətim üçün çox əhəmiyyətlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ədliyyə Nazirliyinin əməkdaşı Səbinə Hüseynova bildirib. O əlavə edib ki, bu gün müxtəlif dövlət qurumlarında, xüsusilə də hüquq mühafizə orqanlarında çalışan gənc xanımların sayının artması sevindirici haldır. Bu, dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan irəli gəlir. Əksər dövlət qurumlarında rəhbər vəzifələrdə xanımların təmsil olunması dövlətimizin getdikcə müasirləşməsindən xəbər verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.