MƏDƏNİYYƏT


Səbinə Şıxlinskayanın “Yaxından” adlı fərdi sərgisinin açılışı olub

Bakı, 22 iyun, AZƏRTAC

Bakı Müasir İncəsənət Muzeyində Bakı Höte mərkəzi, Latviya Respublikasının səfirliyi, İsveç Krallığının səfirliyi və “Platform Art” təşkilatının birgə dəstəyi ilə Əməkdar rəssam Səbinə Şıxlinskayanın “Yaxından” adlı fərdi sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Müasir İncəsənət Muzeyinin direktoru Xəyyam Abdinov tədbirdə iştirak edənlərə minnətdarlığını bildirib və Səbinə Şıxlinskayanın yaradıcılığından söhbət açıb: “Səbinə rəssamlıqda öz üslubu ilə seçilən biridir. Biz şadlıq ki, bu gün Səbinə Şıxlinskayanın burada sərgisi açılır”.

Səbinə Şixlinskaya Müasir İncəsənət Muzeyinin direktoru Xəyyam Abdinova, muzeyin əməkdaşlarına və sərginin təşkilinə kömək göstərənlərə təşəkkür edib: “Bu gün mən şadam ki, siz bu sərgidə iştirak edirsiniz. Mən bugünkü sərgini tək Azərbaycan deyil, bütün dünya neftçilərinə həsr etmişəm”.

İsveçrə səfiri Müriel Peneveyre bildirib ki, pandemiya şəraitində belə bir sərginin açılışı heç də asan deyil. Neft həyatımızın mühüm hissəsini təşkil etdiyindən bu sərgiyə maraq olduqca böyükdür.

Tədbirdə çıxış edən Latviyanın ölkəmizdəki səfiri Daynis Qarançs, İsveçin ölkəmizdəki səfiri Kristian Kamill Səbinə Şıxlınskayanın peşəkarlığını və sərginin möhtəşəmliyini qeyd ediblər.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

“Yaxindan” layihəsi müasir incəsənət əsərlərinin multimedia sərgisidir. Sərginin əsas mövzusu neft sahəsinə və “qəhrəmanlıq” aspektindən çıxış edən neftçilərin həyatına həsr olunub. Sərgidə monumental rəsm əsərləri, video və səs instalyasiyaları təqdim olunub.

Qeyd edək ki, sərgi iyulun 27-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.