CƏMİYYƏT


Seçenov Universitetinin Bakı filialında ixtisasartırma proqramı iştirakçılarının yekun attestasiyası keçirilib

Bakı, 14 iyun, AZƏRTAC

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (İ.M.Seçenov adına Birinci MDTU, Seçenov Universiteti) Bakı filialında “Səhiyyənin təşkili, icbari tibbi sığorta və tibb müəssisələrinin idarə edilməsi” ixtisasartırma proqramı iştirakçılarının yekun attestasiyası keçirilib.

Rusiya ali məktəbinin Bakı filialında AZƏRTAC-a bildiriblər ki, Seçenov Universitetinin Liderlik və Səhiyyənin İdarə edilməsi İnstitutunun mütəxəssisləri tərəfindən aparılan ikiaylıq proqram Azərbaycan Respublikası səhiyyəsinin mütəxəssisləri üçün ilk belə proqramdır və 6 moduldan ibarətdir.

Proqramın müdavimləri hazırladıqları buraxılış layihələrini Liderlik və Səhiyyənin İdarəedilməsi İnstitutunun direktor müavini, Ali İdarəetmə Məktəbinin direktoru, tibb elmləri doktoru, professor, Rusiya Federasiyasının Əməkdar həkimi, RF Hökumətinin elm və texnika sahəsi üzrə mükafatının laureatı Ruslan Xalfin, professor Viktoriya Madyanova, professor Yekaterina Kakorina və professor Andrey Stolbovdan ibarət komissiyaya təqdim ediblər. Sonda müdavimlərə şəhadətnamələr təqdim olunub.

“Səhiyyənin təşkili, icbari tibbi sığorta və tibb müəssisələrinin idarə edilməsi” ixtisasartırma proqramının növbəti dövrünü cari ilin payızında keçirmək planlaşdırır. Növbəti dövr üçün qeydiyyat barədə ətraflı məlumatı (012) 599-08-10 nömrəli telefon vasitəsilə, yaxud bu ünvandan əldə etmək olar: Bakı şəhəri, Hüseyn Cavid prospekti, 139, Seçenov Universitetinin Bakı filialı, 22-ci otaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.