SİYASƏT
Seçicilər məntəqələrdə onlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirirlər VİDEO
Bakı, 23 dekabr, AZƏRTAC
On saylı Binəqədi üçüncü seçki dairəsinin 31 saylı seçki məntəqəsində səsvermə qanunvericiliyə uyğun davam edir.
AZƏRTAC xəbər verir ki, 10 saylı Binəqədi üçüncü seçki dairəsinin 31 saylı seçki məntəqəsi üzrə 1270 seçici qeydiyyatdadır. Məntəqə seçki komissiyasının sədri Ziyad Nəbiyev bildirib ki, məntəqə bütün zəruri avadanlıqla, seçki bülletenləri, gözlə görünməyən mürəkkəb və bu mürəkkəbi oxumaq, yeni nəsil şəxsiyyət vəsiqələrini tanımaq üçün xüsusi cihazlarla təmin edilib. Hər hansı qayda pozuntusu aşkarlanmayıb.
Bu seçki məntəqəsində səs verən Nüsrəddin Əliyev bildirib ki, seçicilər üçün yaradılan şərait yüksək səviyyədədir. Hər kəs öz hüququndan istifadə edib istədiyi namizədlərə səs verə bilər. Yeni bələdiyyə üzvlərindən gözləntilərimiz odur ki, ölkədə gedən inkişaf proseslərində yaxından iştirak etsinlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2023 [11:03]
Azərbaycan parlamenti növbədənkənar sessiyasında 41 məsələni müzakirə edir
- 24.05.2023 [19:25]
İqtisadi Şuranın növbəti iclası olub
- 22.05.2023 [20:09]
Deputatlar Türkiyədə seçkilərə hazırlığın gedişi ilə tanış olacaqlar
- 22.03.2023 [20:20]