Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Seçim Ermənistanındır...

Seçim Ermənistanındır...

Bakı, 16 iyul, AZƏRTAC

İstənilən dövlətin öz əhalisinə təqdim etdiyi sosial tədbirlər paketinin səviyyəsi birbaşa həmin ölkənin iqtisadi dayanıqlılığından asılıdır. Vətəndaşların sosial müdafiəsi ilə bağlı məsələlər dövlətin prioritetinə o zaman çevrilir ki, onun arxasında iqtisadi imkanlarla yanaşı, hakimiyyətin bunu etmək istəyi və həmin istəkdən doğan konkret dövlət proqramları dayanır. Prezident İlham Əliyevin iştirakı ilə iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə yeni mənzil və avtomobillərin təqdim olunması mərasimi məhz bu istəyin, sosialyönümlü dövlət siyasətinin növbəti əyani göstəricisidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.

Deputat qeyd edib ki, budəfəki mərasimdə şəhid ailələri və müharibə əlillərinə 15 ədəd doqquzmərtəbəli binada 810 mənzil təqdim edildi. Dövlətimiz indiyədək bu kompleks də nəzərə alınmaqla, 10 min şəhid ailəsini və müharibə əlilini mənzil və fərdi evlə təmin edib. Ötən il 1572 ailə yeni mənzilinə qovuşub, bu il isə artıq 1300-dən çox ailə mənzillə təmin olunub, ilin sonunadək belə ailələrin sayı 3 minə çatdırılacaq. Xocasəndəki tədbirdə qazilərimizə yeni avtomobillər də təqdim edildi. İndiyədək müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə dövlətimiz tərəfindən 7200 yeni avtomobil verilib. Böyük maliyyə vəsaitləri hesabına həyata keçirilən və real dövlət qayğısına dəlalət edən tədbirlər bununla məhdudlaşmır. Təkcə son altı ayda şəhid ailələrinin üzvlərinin və müharibə veteranlarının aktiv məşğulluq proqramı çərçivəsində 47 min 400 nəfər işlə təmin olunub, 7 min vətəndaş özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb olunub. 2018-2020-ci illərdə bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artırılıb. Postmünaqişə dövründə 24 min şəxsə 33 min xidmət göstərilib. Prezident İlham Əliyevin cari ilin iyun ayında verdiyi Fərmanla yaradılan Vahid Əlaqələndirmə Mərkəzində 7 qurum üzrə 26 növ xidmətin göstərilməsi nəzərdə tutulur. Dövlətimiz tərəfindən bu il üçün planlaşdırılan tədbirlər imkan verəcək ki, 16 min insan özünüməşğulluq proqramına qoşula bilsin.

Bütün bunlar vətəndaşların, xüsusən cəmiyyətimizin həssas təbəqəsinin sosial müdafiəsi sahəsində dövlətimiz tərəfindən görülən genişmiqyaslı işlərin yalnız bir hissəsidir. Bu qəbildən olan vətəndaşlarımızın maddi təminatı ilə bağlı məsələlərin həlli, onların sosial xidmətlərə əlçatanlılığının təmin edilməsi, bir sözlə bu həssas təbəqənin daimi diqqət və qayğı ilə əhatə olunması dövlətimizin əsas məqsədləri sırasındadır.

Sosial sahədə atılan addımlar, qəbul olunan dövlət proqramları və görülən real işlər bir daha sübut edir ki, milli-mənəvi dəyərlərimizin qorunması dövlətimiz üçün, həqiqətən, prioritet təşkil edir. Uzun illər ərzində qaçqın və məcburi köçkün statusu daşıyan bir milyondan çox vətəndaşımızla bağlı atılmış mühüm addımları, eləcə də sosial müdafiə xarakterli ümumi tədbirləri nəzərə alsaq, dövlətimizin üzərinə düşən iqtisadi yükü görməmək və dəyərləndirməmək mümkün deyil. Xüsusən, qiymətləndirməli olduğumuz həm də budur ki, COVID-19 pandemiyasının doğurduğu fəsadlara və dünya iqtisadiyyatına vurduğu zərbələrə, tarixi Qələbə əldə etdiyimiz Vətən müharibəsinin dövlətimizin iqtisadi yükünü dəfələrlə artırmasına baxmayaraq, Azərbaycan hakimiyyəti heç bir sosial layihəni təxirə salmayıb. Görünən və görünməyən problemlərin mürəkkəbliyinə rəğmən, mübaliğəsiz, bugünkü Azərbaycan dünya miqyasında vicdanlı və ədalətli sosial siyasət yürüdən azsaylı ölkələrdən biridir.

Dövlətimizin başçısı Xocasən qəsəbəsindəki təqdimat mərasimində şəhid ailələrinin üzvləri və müharibə əlilləri qarşısında etdiyi çıxışda növbəti dəfə Ermənistana və onun himayədarlarına, dünya birliyinə ciddi mesajlar verdi. Bu çıxış, həmçinin əks-sədası uzun illər səngiməyəcək Şuşa Bəyannaməsinin, “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 7 iyul tarixli Prezident Fərmanında nəzərdə tutulmuş müddəaların məntiqli davamı idi. Şuşa Bəyannaməsi qardaş Türkiyə ilə müttəfiqlik münasibətlərimizin yeni mərhələdə daha da gücləndirilməsi istiqamətində atılmış çox mühüm addım oldu. 7 iyul tarixli Prezident Fərmanı dövlətimizin başçısı tərəfindən məhz Sovet Azərbaycanında keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradıldığı gün imzalandı. Həmin Fərmanla nəzərdə tutulan 14 iqtisadi rayon arasında Şuşa, Xankəndi, Xocalı və Xocavəndin də daxil edildiyi Qarabağ, eləcə də Şərqi Zəngəzur iqtisadi rayonları yer alır. Şuşa Bəyannaməsi və 7 iyul tarixli Prezident Fərmanı bir-biri ilə üzvü şəkildə bağlıdır, biri digərinin məntiqi davamıdır və əminəm ki, onların Qars müqaviləsi tək tarixi əhəmiyyətini təkcə indiki nəsil deyil, gələcək nəsillər də öz həyatında hiss edəcək.

Prezident İlham Əliyev bir daha siyasi iradəsini ortaya qoydu və bədxahlarımızla yanaşı, dünya birliyinə bu mesajı verdi: “Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlədilməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam”.

Dövlətimizin başçısı Ermənistan və havadarlarına bu mesajı da ünvanladı: “Biz tarixi unuda bilmərik, kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik.... Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur-Şərqi və Qərbi Zəngəzur...Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur”.

Prezidentimizin bu mesajı mənə dövlətimizin başçısının ötən il, Vətən müharibəsindən bir müddət əvvəl BMT kimi ali beynəlxalq təşkilatın və digər nüfuzlu qurumların tribunasından səsləndirdiyi xəbərdarlıq çağırışlarını xatırladır. Azərbaycan Prezidenti Ermənistanın siyasi-hərbi təxribatlarına o vaxt da dünyanın diqqətini çəkərək bildirirdi ki, bu təxribatlara son qoyulmasa, dünya birliyi Ermənistanı dayandırmasa və o, BMT qətnamələrinin icrasına məcbur edilməsə, Azərbaycanın məsələni təkbaşına həll etməkdən başqa çıxış yolu qalmayacaq. Nəticə məhz Prezidentimizin dediyi kimi də oldu. İndi Ermənistan minaladığı ərazilərin xəritəsini verməkdən imtina edir, Zəngəzur dəhlizinin açılması ilə bağlı 10 noyabr və 11 yanvar üçtərəfli Birgə bəyanatlarla üzərinə götürdüyü öhdəliyin icrasından yayınır, delimitasiya və demarkasiya işlərindən boyun qaçırır, nəhayət, qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması şərti ilə sülh müqaviləsini imzalamaqdan imtina edir. Artıq Qarabağ de-yure olduğu kimi, de-fakto da Azərbaycan ərazisidir. Beynəlxalq səviyyədə tanınan ərazimizə səfərdən müxtəlif səbəblər altında imtina faktı müharibə günlərində eyni ölkələrin BMT-də müəlliflik etdiyi beynəlxalq-hüquqa zidd olan başqa bir təşəbbüsünü də yada salır və həmin addımın təsadüfi olmadığı barədə düşünməyə əsas verir. O zaman Prezident İlham Əliyevin siyasi qətiyyəti və Qoşulmama Hərəkatına üzv dövlətlərin, qardaş və dost ölkələrin dəstəyi sayəsində qanunsuz təşəbbüs uğursuzluğa düçar oldu. Hazırda Azərbaycan Qoşulmama Hərəkatına sədrliyini davam etdirir və həmin müddətdə etibarlı tərəfdaş olduğunu sübut etdiyinə görə, ölkəmizin bu mötəbər təşkilata sədrliyi əlavə bir il də uzadılıb. Göstərilən etimadın özü də Ermənistana himayədarlıq missiyasını həyata keçirənlərə elə bir siyasi mesajdır ki, o, gözardı edilə bilməz...

Qarşıdan Qurban bayramı gəlir. Xalqımızın milli-mənəvi və dini dəyərlərinə bağlılığın, ehtiramın ifadəsi olaraq bu müqəddəs bayram hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur. Qurban bayramı müsəlman dünyasının birlik, qardaşlıq və bərabərlik bayramı olmaqla yanaşı, həm də başqa dinlərin daşıyıcılarına hörmətin və tolerant münasibətin bir daha təsdiqini tapdığı müqəddəs günlərdir. Təəssüf ki, ötən Ramazan bayramında hər zaman ədalətinə güvəndiyimiz və uzun illər demokratiyanın beşiyi hesab etdiyimiz ABŞ qondarma “erməni soyqırımını” tanıdı, NATO-da ən etibarlı tərəfdaşı olan qardaş Türkiyənin arxivlərdə ədalətlı araşdırma aparılması istəyini və tarixi ədaləti nəzərə almadı. Bəlkə, Qurban bayramı günlərində ayrı-seçkilik kənara qoyuldu və cəmi 29 il əvvəl ermənilər tərəfindən Qarabağda həqiqətən törədilən Xocalı soyqırımının tanınması üçün siyasi cəsarət göstərildi. Çox inanmaq istərdim, amma ... Bədgümanlıq üçün səbəb odur ki, Vətən müharibəsindən ötən son səkkiz ayda uydurma “erməni soyqırımını” tanıyan məlum vasitəçilər üçlüyündən heç biri ermənilərin Qarabağdakı məscidlərimizi təhqir və yerlə yeksan etməsinə bir dəfə də münasibət bildirməyib, insanlığa sığmayan bu vəhşiliyi törətmiş vandalları bir dəfə də qınamayıb. Allah kəsiləcək qurbanlarımızı qəbul etsin, milli birliyimizi, dini etiqadından asılı olmayaraq, qardaş və dost ölkələri qorusun! Bədgümanlığın səbəbi həm də odur ki, siyasi maraqlarını qorumaq naminə az-qala nüvə müharibəsinə çıxmağa hazır olan supergüclər bir-birini təhdid etdiyi halda, Şuşa səfərindən yayınmaqla yenə də Ermənistanın əlinə oynadılar. Sanki, məqsədli şəkildə ona aşılayırlar ki, qondarma “erməni soyqırımı” tanındığı kimi, hansısa xəstə və sərsəm xülyalarının nə zamansa gercəkləşəcəyinə ümid edə bilər. Son günlər Şuşa istiqamətində ermənilər tərəfindən atəşkəsin pozulması həm də o deməkdir ki, 10 noyabr və 11 yanvar üçtərəfli Birgə bəyanatların təkbaşına qarantı kimi çıxış edən Rusiya rəsmiləri ya siyasi reputasiyalarını qoruyub öhdəliyini yerinə yetirməlidir, ya da Qərbin ona qarşı açdığı siyasi savaşın qarşısında əlində olan müvəqqəti siyasi dividendləri bir-bir itirməlidir. Ermənistana səfərə hazırlaşan Makron Fransası isə, ölkəmizə qarşı artıq o qədər yanlışlara yol verib ki, onun bundan sonra nə edəcəyinin bizlər üçün elə bir anlamı olmamalıdır. Amma Ermənistan və himayədarları bilməlidirlər ki, Azərbaycan xalqı öz Vətəni və dövləti uğrunda hətta Qurban bayramı günlərində hər cür fədakarlığa, öz müstəqilliyi naminə istənilən qurbanı verməyə mənən hazırdır. Çünki, xalqımız Vətən müharibəsi günlərində milli qürurunun qorunması naminə hansı qurbanlara hazır olduğunu bir dəfə göstərib. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa, qazilərimizə uzun ömür versin.

Dünyada mövcud olan ayrı-seçkilik, ikili standartlar cəmiyyətimizə kifayət qədər məlumdur. Yaşadığımız postmünaqişə dövründə əsas yük diplomatlarımızla yanaşı, həm də azad fikir daşıyıcılarının, ölkə jurnalistlərinin üzərinə düşür. Qarşıdan gələn Milli Mətbuat və Jurnalistika Günü ilə bağlı bu camiyədə təmsil olunan, milli maraqlarımızın xidmətində dayanan qələm sahiblərini səmimi qəlbdən təbrik edirəm. Milli-mənəvi dəyərlərimizin və ümumxalq maraqlarımızın keşiyində dayanan bütün qələm sahibləri haqq edir ki, böyük Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin davamçısı adına iddia edə bilsin. 30 ilə yaxın müddətdə milli qürurumuzun qorunması və tarixi ədalətin bərpası naminə keçdiyimiz yol göstərir ki, bu yol heç vaxt hamar olmayıb və onun kələ-kötürlüyünün səbəbkarı Ermənistanın öz başı deyil. Bütün bunlar həqiqətdir. Yaşadığımız internet dövründə məlumatların əldə olunmasında və tirajlanmasında, təəssüf ki, söz və fikir azadlığına heç bir aidiyyəti olmayan şəxslər də iştirak edir. Ən ağrılısı odur ki, belələrinin bir çoxu hələ də demokratiya ilə anarxiyanın, həqiqətlə dar siyasi maraqların yerlərini səhv salır. Bundan yararlanan isə düşmən və ona himayədarlıq edənlərin media məkanıdır. Bu cür təşəbbüslərin qarşısını yalnız ölkə jurnalistikası, qardaş və dost ölkələrdə fəaliyyət göstərən söz xiridarları və qələm sahibləri ala bilər. Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılmış Medianın İnkişaf Agentliyinin üzərinə həm də bu sahədə mövcud olan çatışmazlıqların aradan qaldırılması vəzifəsi düşür. Ölkəmizdə 5 mindən çox media subyekti mövcuddur. Ermənistanın himayədarları tərəfindən xaricdən davam etdirilən təzyiq fonunda Azərbaycanı ürəkdən təmsil edən hər kəs milli maraqlarımızın keşiyində dayanmağa borcludur. Əgər o fikir və söz azadlığı milli maraqlarımızın qorunmasına xidmət etmirsə, hörmətli qələm sahiblərimiz özləri belələrini ifşa etməlidir və bədnam qonşularımızın əlinə uydurma fürsət verilməsinin qarşısını almalıdır. Bir daha ümumxalq maraqlarımızın keşiyində dayanan bütün qələm və söz sahiblərini qarşıdan gələn peşə bayramları münasibətilə təbrik edirəm. Azərbaycan əsgər və zabiti Vətən müharibəsində öz silahının gücünü və döyüş rəşadətini göstərdiyi kimi, Azərbaycanın qələm və söz sahibləri də qarşıdan gələn dövrdə üzərilərinə düşən ləyaqətli vəzifəni yerinə yetirməyə məsuldur.

Ermənistana gəldikdə isə, Prezident İlham Əliyev Xocasən qəsəbəsindəki çıxışında xəstə təxəyyüldən sağalmaq istəməyən bu qonşumuza da gərəkli olan mesajı verdi: “Əgər kimsə, mən oradan-buradan eşidirəm, yenə də başlayıb ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olunmayıb. Çox yanlış və təhlükəli yoldadırlar... Biz hesab edirik ki, bu, həll olunub, artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq”. Əgər Prezident İlham Əliyevin bu mesajından da düzgün nəticə çıxarmayacaqsa, bu, o demək olacaq ki, Ermənistanda xalqı daha ağır faciələrdən qorumaq istəyən bir nəfər də sağlam düşüncəli və reallığı dərk edən siyasətçi qalmayıb. Seçim onlarındır, monoetnikliyini nəzərə alıb, deyirəm ki, erməni millətinindir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr