Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Seçki prosesinə müdaxilələrə yol verilməməsi” mövzusunda məlumat sessiyalarına başlanılmışdır VİDEO

“Seçki prosesinə müdaxilələrə yol verilməməsi” mövzusunda məlumat sessiyalarına başlanılmışdır VİDEO

Bakı, 23 avqust (AZƏRTAC). Avqustun 23-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə Bakı və ətraf rayon (şəhər) icra hakimiyyətləri başçıları və dairə seçki komissiyalarının sədrləri üçün “Seçki prosesinə müdaxilələrə yol verilməməsi” mövzusunda məlumat sessiyası keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, sessiyada açılış nitqi ilə çıxış edən MSK-nın sədri Məzahir Pənahov Azərbaycanın mühüm seçki kampaniyası ərəfəsində olduğunu bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycanda seçkilərin demokratik, ədalətli, azad şəkildə keçirilməsi üçün zəruri olan bütün şərait yaradılmışdır. Ölkəmizdə seçkilərin demokratik keçirilməsi üçün əsas amillərdən biri olan ictimai-siyasi sabitlik hökm sürür, təkmil qanunverici baza mövcuddur. Ən əsası isə odur ki, seçkilərin qanunun tələblərinə və demokratik dəyərlərə uyğun hazırlanıb keçirilməsi ilə bağlı ölkə rəhbərliyinin siyasi iradəsi ortaya qoyulmuşdur.

MSK prezident seçkilərinin keçirilməsinə məsul olan qurum kimi üzərinə düşən vəzifələrin öhdəsindən peşəkarcasına gəlməyə çalışır. Aşağı seçki komissiyaları üçün hərtərəfli şərait yaradılmış, onların maddi-texniki təchizatı yüksək səviyyədə həyata keçirilmişdir. MSK aşağı seçki komissiyaları üzvlərinin və digər seçki subyektlərinin məlumatlandırılmasından ötrü müxtəlif maarifləndirmə tədbirləri həyata keçirir və bu qəbildən olan layihələr seçki gününədək davam etdiriləcəkdir. Bu layihələrin bəziləri beynəlxalq qurumlarla əməkdaşlıq şəraitində gerçəkləşdirilir.

Seçkilərə beynəlxalq qurumlar tərəfindən böyük maraq göstərildiyini vurğulayan sədr qeyd etmişdir ki, bu seçkilər onların da diqqət mərkəzindədir. O, Azərbaycanın beynəlxalq qurumlarla, xüsusilə ATƏT ilə uğurlu əməkdaşlıq etdiyini söyləyərək bu əlaqələrin seçkilərin demokratik, şəffaf keçirilməsində mühüm rol oynadığını və münasibətlərin bundan sonra da bu cür davam edəcəyinə ümidvar olduğunu bildirmişdir.

İcra orqanlarının seçkilərin yüksək səviyyədə keçirilməsindəki rol və vəzifələrindən danışan M.Pənahov qeyd etmişdir ki, seçkilərin yüksək səviyyədə təşkili birbaşa yerli icra hakimiyyəti orqanları rəhbərlərinin diqqət mərkəzində olmalıdır və onlar bu məsələdə məsuliyyət daşıyırlar. Azərbaycanın gələcək taleyində müstəsna əhəmiyyətə malik bu tədbirdə icra hakimiyyəti başçıları ilə dairə seçki komissiyaları sədrlərinin qanunvericiliyin tələbləri çərçivəsində əməkdaşlığı seçkilərin daha demokratik və təkmil keçirilməsində ciddi rol oynayacaqdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, MSK-nın və ATƏT-in Bakı ofisinin təşkilatçılığı, icra hakimiyyəti başçıları və dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə keçirilən bu ənənəvi tədbir seçkilərə müdaxilənin yolverilməzliyi ilə bağlı müzakirələrin aparılması baxımından çox əhəmiyyətli və faydalıdır.

MSK-nın sədri çıxışının sonunda tədbir iştirakçılarına qarşıdan gələn seçkilərdə uğurlar arzulamışdır.

Tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay isə qeyd etmişdir ki, rəhbərlik etdiyi qurumun məqsədi Azərbaycana qarşıdan gələn prezident seçkilərinin demokratik keçirilməsi istiqamətində yardım göstərməkdir. ATƏT bu istiqamətdə fəaliyyətini Azərbaycanın dövlət qurumları ilə birgə həyata keçirir.

Təmsil etdiyi qurumun Azərbaycanın azad və ədalətli seçkilərin keçirilməsi ilə bağlı üzərinə düşən öhdəliklərinin icrasını dəstəkləməkdə davam edəcəyini deyən səfir Koray Tarqay bildirmişdir ki, bu prezident seçkilərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 310 müşahidəçisi seçki prosesini izləyəcəkdir. “Bu günədək dinamik inkişaf edən Azərbaycanın qarşısında daha böyük vəzifələr durur. Azərbaycanın gələcək rifahı demokratik cəmiyyət quruculuğundan keçir”, - deyən səfir prezident seçkilərinin bu prosesin uğurla aparılmasına bir sübut olacağına inamını ifadə etmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev “Seçki prosesinə müdaxilələrə yol verilməməsi” mövzusunda təşkil edilən məlumat sessiyalarının əhəmiyyətini vurğulamışdır. Diqqətə çatdırmışdır ki, Azərbaycan hakimiyyətinin siyasi iradəsi ölkədə prezident seçkilərinin tam demokratik keçirilməsinə imkan verir. Habelə vurğulamışdır ki, Azərbaycan artıq seçkilərin keçirilməsi sahəsində kifayət qədər təcrübə qazanmışdır və istər MSK və aşağı seçki komissiyaları, istərsə də digər dövlət orqanları, o cümlədən icra strukturları bu sahədə yetərli dərəcədə təcrübəyə malikdirlər.

Ə.Mehdiyev bildirmişdir ki, prezident seçkiləri növbəti beş ildə Azərbaycandakı inkişaf istiqamətlərini və perspektivlərini müəyyənləşdirmək üçün ölkənin mövqeyini və iradəsini ifadə etməyə və qərar verməyə şans yaradır. Bu baxımdan prezident seçkiləri Azərbaycanın sosial-iqtisadi, siyasi həyatında da çox əhəmiyyətli bir hadisədir. İndiyədək keçirilmiş seçkilərdə qazanılmış təcrübə və səriştə, bu prosesə cəlb olunmuş insanların peşəkarlığı imkan verəcəkdir ki, qarşıdan gələn prezident seçkiləri də yüksək səviyyədə keçirilsin.

Sessiyada Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilz çıxış edərək vurğulamışdır ki, 2013-cü il Azərbaycan üçün son dərəcə əhəmiyyətli bir ildir. Azərbaycanın beynəlxalq arenada böyük rola malik olması bu il keçiriləcək növbəti prezident seçkilərinə marağın daha da artmasına səbəb olmuşdur.

Sonra ATƏT-in Bakı ofisinin demokratikləşmə şöbəsinin rəhbəri Nikolas Deç, MSK sədrinin müavini Natiq Məmmədov və ekspert Hafiz Həsənov “Seçki prosesinə müdaxilələrə yol verilməməsi” mövzusunda çıxış etmişlər.

Tədbirin sonunda mövzu ilə bağlı geniş müzakirələr aparılmışdır.

Məlumat sessiyalarının avqustun 27-də Mingəçevirdə və avqustun 30-da Şirvan şəhərində müvafiq bölgələrin rayon (şəhər) icra hakimiyyətləri başçıları və DSK sədrləri üçün keçirilməsi nəzərdə tutulmuşdur.

 

“Seçki prosesinə müdaxilələrə yol verilməməsi” mövzusunda məlumat sessiyalarına başlanılmışdır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib