REGİONLAR


Sədaqət Qəhrəmanova: Qadınlara qarşı hər bir zorakılıq əməli ciddi hüquq pozuntusu hesab olunmalıdır

İsmayıllı, 1 dekabr, AZƏRTAC

Dekabrın 1-də İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” adlı beynəlxalq kampaniya çərçivəsində maarifləndirmə məqsədli görüş keçirilib. Görüşdə Ailə, Qadın və Uşaq Probelmləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, İsmayıllı Rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri və rayon ərazisində fəaliyyət göstərən bələdiyyə sədrləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Probelmləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qadınlara qarşı zorakılığın, o cümlədən məişət zorakılığı hallarının cəmiyyət tərəfindən həmişə mənfi qarşılandığını bildirib. Qeyd edib ki, cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, son illərdə Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi təsirli tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, ölkəmizdə də qadınlara qarşı zorakılıq hələ də mövcuddur. Komitə sədrinin müavini diqqətə çatdırıb ki, hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı qadın hüquqlarının ciddi pozuntusu hesab edilməli və təsirli məsuliyyətə səbəb olmalıdır.

Görüşdə, habelə məişət zorakılığının qarşısının alınması ilə bağlı bələdiyyələrdə yaranan gender məsələləri komissiyalarının rolu barədə müzakirələr aparılıb və tədbir iştirakçılarına müvafiq tövsiyələr verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.