SİYASƏT


Sədaqət Vəliyeva: Azərbaycan Türk dünyasının inkişafında böyük rola malikdir

Bakı, 11 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində yaddaqalan əsas tarixi hadisələrdən biri də Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarla görüşü oldu. Görüş zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunuldu. Azərbaycanla Şimali Kipr Türk Respublikası arasındakı əlaqələrin inkişafı müzakirə olundu. Azərbaycanda Şimali Kipr Türk Respublikasının nümayəndəliyi fəaliyyət göstərir və hər iki ölkə arasında bir sıra sahələr üzrə əlaqələr mövcuddur. Prezident İlham Əliyevin Ersin Tatarla görüşməsi və bir sıra sahələr üzrə müzakirələrin aparılması Azərbaycanla Şimali Kipr Türk Respublikası arasındakı mövcud əlaqələrin daha da inkişafına, dərinləşməsinə böyük töhfə verəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, Prezident İlham Əliyev Türk dünyasında və türkdilli ölkələr arasında əməkdaşlığın, həmçinin əlaqələrin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlər göstərib, sabitliyə, tərəqqiyə hesablanmış təşəbbüslərlə çıxış edib. Ölkəmiz tərəfindən irəli sürülən bütün bu təşəbbüslər hər zaman türkdilli ölkələr tərəfindən təqdir edilib və dəstəklənib. Bu fəaliyyətin nəticəsi olaraq, Azərbaycan Prezidenti İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edilib.

“Ümumiyyətlə, dövlətimizin başçısı tərəfindən həyata keçirilən müdrik xarici siyasət nəticəsində ölkəmizin Türk dünyası ilə yanaşı, dünya miqyasında da nüfuzu, etibarı və gücü günbəgün artmaqdadır. Aparılan bu müdrik və xarici siyasət qələbələrimizin və gələcək inkişafımızın əsasıdır”, - deyə deputat vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.