SİYASƏT


Sədaqət Vəliyeva: Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və gücü günbəgün artır

Bakı, 26 iyun, AZƏRTAC

Son dövrlər dünyada cərəyan edən gərginlik, beynəlxalq münaqişələr və qeyri-sabit proseslər fonunda dövlətimizin başçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik, düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycan regionun aparıcı dövləti olaraq dünyada etibarlı tərəfdaş, qüdrətli dövlət kimi tanınıb. Ölkəmiz tərəfindən həyata keçirilən layihələr, irəli sürülən təşəbbüslər hər zaman dünya miqyasında dəstəklənib, təqdir olunub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

O bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun ölkəmizə işgüzar səfəri zamanı, Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionunda Rusiyanın mühüm tərəfdaşı və müttəfiqidir deməsi qeyd edilənlərin növbəti bariz sübutudur. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi ölkələr arasındakı əlaqələrin bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında formalaşdığını bildirərək, 11-ci Rusiya-Azərbaycan Regionlararası Forumunun bu il Bakıda keçirilməsinin gözlənildiyini xüsusi vurğulayıb. Əlbəttə, bu forumun bu il Bakıda keçirilməsi ölkəmizə olan böyük etimaddan irəli gəlir. Azərbaycan bir sıra dünya miqyaslı təbirlərə ev sahiblik etməklə yanaşı bir çox beynəlxalq və regional əhəmiyyətli layihələrin icrasını da uğurla həyata keçirir. Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, istər regionda istərsə də dünya miqyasında sabitliyin təmin edilməsinə böyük töhfə verir.

Sədaqət Vəliyeva qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət Prezident İlham Əliyev tərəfindən uğurla və dinamik şəkildə inkişaf etdirilib, bunun da nəticəsində Azərbaycan çox böyük diplomatik, siyasi uğurlara imza atıb: “Ölkəmizdə həyata keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər, dünya miqyasında Azərbaycana olan inamın, etimadın və Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzunun göstəricisidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.