REGİONLAR
Sədərək məktəbinin komandası şahmat üzrə onlayn yoldaşlıq görüşünün qalibi olub
Sədərək, 8 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının, Sədərək Rayon Təhsil Şöbəsinin, Uşaq Gənclər Şahmat Məktəbinin və “Pakistan Akıl Sporları Satranc” Mərkəzinin birgə təşkilatçılığı ilə şahmat üzrə onlayn yoldaşlıq görüşü keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, lichess.org platforması vasitəsilə baş tutan görüşdə Sədərək və Pakistan komandalarının hər birində 16 müxtəlif şahmatçı olmaqla, ümumilikdə, 32 şahmatçı şagird iştirak edib. Yevlax Şəhər Uşaq Gənclər Şahmat məktəbinin komandası isə qonaq qismində 16 müxtəlif dərəcəli şahmatçı şagird ilə təmsil olunub. Şagirdlərin maraqla iştirak etdikləri mübarizədən Sədərək Rayon Uşaq Gənclər Şahmat məktəbinin komandası xal hesabı ilə qalib ayrılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]