REGİONLAR


Sədərək rayonunda keçirilən növbəti əmək yarmarkasında 12 nəfərə işə göndəriş verilib

Sədərək, 10 iyul, AZƏRTAC

Əhalinin məşğulluğunun təmin olunmasında keçirilən əmək yarmarkaları mühüm rol oynayır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Sədərək rayonunda keçirilən növbəti əmək yarmarkasında səsləndirilib.

Tədbirdə çıxış edən rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün mərkəzin əməkdaşları rayondakı idarə, müəssisə və təşkilatlarda, sahibkarlıq subyektlərində boş iş yerləri haqqında məlumatlar toplayaraq həmin yerləri əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim edirlər.

Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Seyidov çıxışında qeyd edib ki, muxtar respublikada həyata keçirilən tədbirlərin nəticəsidir ki, sərhəd bölgəsi olan Sədərək rayonunda da əhalinin məşğulluğu prioritet vəzifəyə çevrilib, ötən dövrdə bu sahədə uğurlu nəticələr əldə edilib.

Sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olublar. 7 təşkilatdan 98 boş iş yerinin çıxarıldığı tədbirdə 12 nəfərə işə göndəriş verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.