REGİONLAR


Sədərək rayonunda taxıl biçininə başlanılıb

Sədərək, 19 iyun, AZƏRTAC

Muxtar respublikanın bütün bölgələrində, o cümlədən sərhəd bölgəsi Sədərək rayonunda taxıl biçininə başlanılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 2021-ci ilin məhsulu üçün Sədərək rayonunda 2 min 291 hektar sahədə taxıl əkilib. Bu günə qədər 525 hektar sahədən 1883 ton taxıl tədarük olunub. Sahələrdə əkinin şırım üsulu ilə aparılması, normalara uyğun gübrə verilməsi taxılın vegetasiya dövründə daha yaxşı inkişafına və məhsuldarlığın artmasına səbəb olub.

Taxıl əkini ilə məşğul olan torpaq mülkiyyətçilərini bu sahəyə həvəsləndirən əsas amillərdən biri məhsullarını rahat şəkildə satmalarıdır. Naxçıvan şəhərində “Bərəkət Buğda Məhsulları” MMC-i sahibkarlar tərəfindən gətirilən taxılı yerində pulu ödəməklə təhvil alır.

Taxılın qəbul qiymətlərində hər il artımın müşahidə olunması bu sahəyə marağı ilbəil artırır. Ötən il tədarük olunan buğdanın bir kiloqramının 38, arpanın isə 35 qəpikdən mərkəzləşən qaydada satın alınması taxıl əkininə və onun vaxtında itkisiz yığılmasına marağı daha da çoxaldıb. Bu il isə taxılın alış qiymətləri daha da artırılıb. Belə ki, fermerlərin, ailə təsərrüfatçılarının istehsal etdikləri arpanın 1 kiloqramı 40 qəpikdən, buğdanın 1 kiloqramı 45 qəpikdən, qarğıdalının 1 kiloqramı isə 40 qəpikdən satın alınır. Tədarük olunan məhsulun ödənişi yerində və nağd formada həyata keçirilir. Bütün bunlar bol taxıl istehsalına zəmin yaradıb. Odur ki, builki mövsümdə sahələrdən daha çox taxıl götürüləcəyi mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.