REGİONLAR


Sədərək rayonunun Heydərabad qəsəbəsində su monitorinq laboratoriyası tikilib

Sədərək, 14 fevral, AZƏRTAC 

Sədərək rayonunun Heydərabad qəsəbəsində su monitorinq laboratoriyası tikilib. Laboratoriya iqtisadi, strateji əhəmiyyətə malik olmaqla, yaxın qonşu ölkələrdən gələn Araz və Arpaçay sularının yüksək keyfiyyətlə və dəqiqliklə analizinə imkan verəcək.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ümumi sahəsi 600 kvadratmetr olan laboratoriyanın inzibati binası 4 iş otağı, 1 anbar və köməkçi tikililərdən ibarətdir.

Laboratoriyada əldə daşına bilən avadanlıqlarla göllərdən, çaylardan, bulaq və çeşmələrdən su nümunələrinin götürülməsi və yerində ilkin tədqiqatların aparılması, suyun codluğu, elektrik keçiriciliyi, temperaturu, həll olmuş oksigenin miqdarı kimi məlumatların yerində dəqiq öyrənilməsi mümkün olacaq.

Hazırda laboratoriyanın inzibati binasında avadanlıqlar quraşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.