CƏMİYYƏT


“Sədərək” ticarət mərkəzindəki mağazaların birindən oğurluq edilib

Bakı, 13 sentyabr, AZƏRTAC 

Sentyabrın 12-də saat 13 radələrində “Sədərək” ticarət mərkəzindəki mağazaların birindən 200 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən qadın ərazidə xidmət aparan Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 10-cu polis bölməsinə təhvil verilən həmin şəxsin Şirvan şəhər sakini olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.