İQTİSADİYYAT


“Sədərək” ticarət mərkəzindəki yanğın bəzi avtobusların fəaliyyətində müəyyən çətinlik yaradıb

Bakı, 18 fevral, AZƏRTAC

Fevralın 18-də səhər saatlarında “Sədərək” ticarət mərkəzində baş verən yanğın nəticəsində 117, 120, 126, 130, 164, 174, 176, 194, 206 və 211 nömrəli müntəzəm marşrutların fəaliyyətində müəyyən çətinlik yaranıb. Məsələ ilə bağlı daşıyıcılarla əlaqə saxlanılıb və alternativ yollardan istifadə etməklə marşrutların fasiləsiz fəaliyyətinin təmin olunması tapşırılıb.

Bu barədə AZƏRTAC-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.