CƏMİYYƏT
“Sədərək” ticarət mərkəzindəki yanğının söndürülməsində polislər də iştirak ediblər VİDEO
Bakı, 5 avqust, AZƏRTAC
Avqustun 4-də Qaradağ rayonundakı “Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində baş verən yanğının söndürülməsində polis əməkdaşları da fəal iştirak ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğının qarşısı alınan zaman və sahibkarların məxsus malların hadisə yerindən çıxarılmasında polis əməkdaşları da vətəndaşlara yaxından köməklik ediblər. Xilasetmə zamanı polis əməkdaşlarından da bir neçəsi tüstüdən zəhərlənib.
Qeyd edək ki, “Sədərək” Ticarət Mərkəzində baş verən yanğın zamanı təcili tibbi yardıma müraciət edənlərin ümumi sayı 16 nəfər olub. Onlardan 6-na hadisə yerində yardım edilib, 10 nəfər isə xəstəxanaya yerləşdirilib. Tüstüdən zəhərlənənlərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır. Qalanlar isə yanğının söndürülməsində iştirak edən Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları olub. Müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.