ELM VƏ TƏHSİL


“Sedimentologiyanın (Litologiyanın) əsasları” dərsliyi nəşr olunub

Bakı, 11 noyabr, AZƏRTAC 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) professoru Çingiz Xəlifəzadə tərəfindən tərtib edilən “Sedimentologiyanın (Litologiyanın) əsasları” (I və II hissə) dərsliyi nəşr olunub. Kitabın elmi redaktoru akademik Vasif Babazadədir.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, dərslikdə sedimentologiyanın ən vacib nəzəri problemi olan litogenez nəzəriyyəsinin təhlilinə geniş yer ayrılıb. Burada litogenezin lüğəti, qneseoloji mahiyyəti açıqlanıb və onun tipləri, inkişaf mərhələləri ətraflı şərh edilib.

Nəşr tələbə və mütəxəssislər üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.