İQTİSADİYYAT


“Şəfəq-Asiman” blokunda ilk kəşfiyyat quyusu qazılıb

Bakı, 29 aprel, AZƏRTAC

“Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılması cari ilin mart ayında Fasilə lay dəstində 7189 metr dərinlikdə tamamlanıb.

“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, quyunun keçdiyi lay dəstlərində qaz-kondensat ehtiyatları aşkar edilib. Lakin bu ehtiyatların qiymətləndirilməsi üçün əlavə işlərə ehtiyac var, buna görə də nəticələrə baxmaq və potensial olaraq bir yanlülə qiymətləndirmə quyusu da daxil olmaqla qiymətləndirmə işlərinin növbəti addımlarını planlaşdırmaq məqsədilə qazma işlərinin müvəqqəti dayandırılması qərara alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.