Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Şəfəq Hüseynli: AMADA beynəlxalq tədbirlərdə fəal iştirakı və qlobal antidopinq prosesinə verdiyi töhfələr sayəsində etibarlı tərəfdaş kimi tanınır

Şəfəq Hüseynli: AMADA beynəlxalq tədbirlərdə fəal iştirakı və qlobal antidopinq prosesinə verdiyi töhfələr sayəsində etibarlı tərəfdaş kimi tanınır

AZƏRTAC antidopinq sahəsində baş verən hadisələrlə bağlı düzgün və dolğun məlumatları ictimaiyyətə çatdırmaqla antidopinq maarifləndirməsi işinə böyük töhfələr verir.

Bakı, 3 mart, AZƏRTAC

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli ölkəmizdə aparılan uğurlu antidopinq siyasəti, bu sahədə qazanılan nailiyyətlər, qurumun beynəlxalq standartlara cavab verən fəaliyyəti barədə AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Şəfəq xanım, müsahibə üçün şərait yaratdığınıza görə sizə təşəkkür edirik. Sevindirici haldır ki, yaradılmasından qısa müddət ötməsinə baxmayaraq, AMADA beynəlxalq müstəvidə ciddi uğurlar qazanıb və ölkəmizi, Azərbaycan idmanını uğurla təmsil edir. AMADA-nın ötən beşillik fəaliyyətinə toxunaq. Bu dövrdə əldə olunan nailiyyətlər barədə nə deyə bilərsiniz?

- İlk növbədə, Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a təşəkkür edirəm. AZƏRTAC ölkəmizin aparıcı informasiya agentliyi kimi, hər zaman AMADA-nın fəaliyyətini diqqət mərkəzində saxlayır, antidopinq sahəsində baş verən hadisələrlə bağlı düzgün və dolğun məlumatları ictimaiyyətə çatdırmaqla antidopinq siyasətinin tətbiqinə, xüsusilə də antidopinq maarifləndirməsi işinə böyük töhfələr verir.

Sualınıza gəldikdə, bildiyiniz kimi, Azərbaycan idman ölkəsi kimi daim dopinqlə mübarizədə qətiyyətini və təmiz idman prinsiplərinə sadiqliyini nümayiş etdirir. Bütün sahələrdə olduğu kimi, idmanda da ədalət və dürüstlük prinsiplərinin qorunması dövlətimiz üçün dəyişməz prioritetdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2016-cı ildə Azərbaycan Milli Antidopinq Agentliyinin yaradılması Azərbaycanın ədalət, dürüstlük prinsiplərinə və təmiz idman dəyərlərinə sadiqliyinin nümunəsidir və dopinqlə mübarizədə dövlətin qətiyyətli iradəsini göstərir.

Bu iradənin təzahürü olaraq AMADA fəaliyyət göstərdiyi 5 il ərzində beynəlxalq standartların, qabaqcıl təcrübələrin və müasir innovativ üsulların tətbiqi ilə ölkədə dopinq nəzarəti prosesini uğurla həyata keçirir. İdmançıların sağlamlığının, dürüst idmançıların hüquqlarının və ölkənin təmiz idman imicinin qorunması məqsədilə effektiv antidopinq siyasəti aparılır. Bu illər ərzində AMADA beynəlxalq tədbirlərdə fəal iştirakı və qlobal antidopinq prosesinə verdiyi töhfələr sayəsində etibarlı tərəfdaş kimi tanınıb.

AMADA-nın fəaliyyətə başlamasından sonra Azərbaycanda antidopinq qayda pozuntularının sayında əhəmiyyətli dərəcədə azalma müşahidə olunur. AMADA-nın beşillik fəaliyyəti dövründə həyata keçirdiyi effektiv tədbirlər öz bəhrəsini verir. Artıq peşəkar idmançılar dopinqdən istifadənin fəsadları və hüquqi nəticələri barədə daha məlumatlıdır. Görülən kompleks tədbirlərin nəticəsində beynəlxalq səviyyədə də antidopinq qayda pozuntularının sayında nəzərə çarpan azalma müşahidə olunur. Bu isə onu göstərir ki, beynəlxalq yarışlarda ölkəmizi təmsil edənlərin əksəriyyəti AMADA-nın antidopinq maarifləndirmə proqramlarını mənimsəmiş və təmiz idman dəyərlərinə hörmətlə yanaşan idmançılardır. Çünki antidopinq qayda pozuntuları törədən idmançılar əksəriyyəti elə ölkə daxilində müəyyən edilir və onların beynəlxalq yarışlarda iştirakının qarşısı alınır.

Bütün bunlar göstərir ki, dopinqlə mübarizə sahəsində həyata keçirilən dövlət siyasəti davamlı və sistematik xarakteri daşıyır. İdmançılar başda olmaqla idman ictimaiyyəti dopinq nəzarətinin vacibliyini və antidopinq qayda pozuntularının aşkarlanmasının qaçılmaz olduğunu dərk edir, təmiz idmanın alternativinin olmadığının fərqindədir.

- Bildiyimiz kimi, dünyanın ən mötəbər yarışlarından olan “Pekin-2022” Qış Paralimpiya Oyunlarında Ümümdünya Antidopinq Agentliyinin (ÜADA) Müstəqil Müşahidəçi Qrupuna siz rəhbərlik edəcəksiniz. Bu təyinatın əhəmiyyəti və Qrupun vəzifələri barədə məlumat verməyinizi xahiş edirik.

- Sabah start götürəcək “Pekin-2022” Qış Paralimpiya Oyunları sizin də dediyiniz kimi, dünyanın ən mötəbər yarışlarından biridir. XIII Qış Paralimpiya Oyunları bir sıra hallara görə ölkəmiz üçün də əlamətdardır. Bildiyiniz kimi, Azərbaycan Milli Paralimpiya Komitəsinin qış idman növləri üzrə milli komandasının üzvü ilk dəfə olaraq Qış Paralimpiya Oyunlarında iştirak edəcək. İlk növbədə, mən bu yarışlarda ölkəmizi təmsil edəcək idmançımız Mehman Ramazanzadəyə uğurlar arzulayıram. Bu Oyunlar ölkəmiz üçün həm də ona görə fərqlidir ki, ilk dəfə olaraq Azərbaycan nümayəndəsi dünyanın ən mötəbər beynəlxalq idman yarışlarından birində ÜADA-nın Müstəqil Müşahidəçi Qrupuna rəhbərlik edəcək və bu, Azərbaycan idmanının böyük uğurudur. Bu, onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada idman ölkəsi kimi qəbul olunur və Azərbaycana təmiz idman dəyərlərinə sadiq ölkə kimi böyük etimad var.

Bu təyinatın həyata keçirilməsində digər mühüm amil isə AMADA-nın qlobal antidopinq prosesində oynadığı roldur. Baxmayaraq ki, AMADA cəmi beş ildir yaranıb, amma bu müddət ərzində qlobal antidopinq siyasətinə böyük töhfələr verib. Biz istər ÜADA, istərsə də Avropa Şurasında bir sıra beynəlxalq layihələri uğurla icra etmişik və bunu davam etdiririk. Bununla bərabər, AMADA öz öhdəliklərini peşəkarlıqla və keyfiyyətlə yerinə yetirir. Yəni, bütün bu faktorlar nəzərə alınaraq bizə böyük etimad göstərilib. Bu yarışlarda antidopinq proqramının monitorinq olunmasına rəhbərlik etmək böyük etimad olmaqla yanaşı, həm də böyük məsuliyyətdir. Hesab edirəm ki, ÜADA-nın Müstəqil Müşahidəçi Qrupuna rəhbərlik etməklə orada ədaləti, təmiz və sağlam idmanı təmsil etməklə yanaşı, həm də daim bu dəyərlərə sadiq olan ölkəmizi təmsil edəcəyəm.

Müşahidəçi Qrupun vəzifələrinə gəldikdə isə, biz Oyunlar zamanı hər gün yarışlarda antidopinq proqramının necə həyata keçirilməsini müşahidə edəcəyik. Qrup öz müşahidələri əsasında nöqsanları müəyyən edəcək və işin təkmilləşdirilməsi ilə bağlı gündəlik görüşlər keçirəcək. Yekunda Qrup tərəfindən hesabat hazırlanacaq. Məhz bu hesabat əsasında Paralimpiya Oyunlarında dopinq nəzarətinin necə keçirilməsinə qiymət veriləcək. Pekin Paralimpiya Oyunlarında mənim rəhbərlik edəcəyim qrupa ikisi ÜADA-nın əməkdaşı olmaqla İtaliya, Böyük Britaniya, Misir və Salvadordan nümayəndələr daxildir. Onlar antidopinq sahəsində tanınmış və peşəkar şəxslərdir. Məqsədimiz odur ki, idmançılar ədalətli və təmiz idman mühitində yarışsın və layiq olduqları nəticələri qazansınlar.

- Cari ildə antidopinq tarixində bir ilkə imza atmısınız. Sizin rəhbərlik etdiyiniz Monitorinq Qrupu Niderlandın Avropa Şurası Antidopinq Konvensiyasına uyğunluğunun monitorinqini həyata keçirib. Bu məsuliyyətli işin Sizə həvalə olunması barədə danışardınız. Bundan sonra da bu tipli monitorinqlərə rəhbərlik etməyiniz nəzərdə tutulubmu?

- Qeyd edim ki, bu təyinat da AMADA-ya beynəlxalq səviyyədə olan etimadın nümunəsidir. Sizin də qeyd etdiyiniz kimi, Azərbaycan Niderland dövlətinin qanunvericiliyinin və fəaliyyətinin Antidopinq Konvensiyasına və bundan irəli gələrək Ümumdünya Antidopinq Məcəlləsinə uyğunluğunu monitorinq edib. Bununla bağlı biz Niderlanda qiymətləndirmə səfəri etdik və bu ölkənin İdman Nazirliyi, milli antidopinq təşkilatı, Milli Olimpiya Komitəsi, hüquq-mühafizə orqanları, milli federasiyalar və idman mübahisələrinin həlli üzrə yaradılmış xüsusi qurumla ikitərəfli görüşlər keçirdik. Səfər zamanı onların dopinqlə mübarizə sahəsində fəaliyyətinin Antidopinq Konvensiyasına və Ümumdünya Antidopinq Məcəlləsinə uyğun olması yoxlanılıb və səfərin nəticəsi olaraq bir sıra istiqamətlərdə Niderland dövlətinə tövsiyələr verilib. Sonda isə mən Avropa Şurasının Antidopinq Konvensiyasının Monitorinq Qrupunun 54-cü iclasında monitorinqin nəticələrinə dair yekun qiymətləndirmə hesabatı ilə çıxış etdim. Qeyd edim ki, ümumilikdə uyğunluğun yoxlanılması üzrə hazırda aktiv və intensiv proseslər baş verir. ÜADA-nın özü 2021-ci ildən qüvvəyə minmiş yeni Məcəlləyə uyğunluğu təmin etmək məqsədilə bütün antidopinq təşkilatlarının hissə-hissə yoxlanılmasına başlayıb. Bu isə o deməkdir ki, həmin ölkələrin qanunvericiliyi, onların antidopinq qaydaları və proqramları Məcəlləyə uyğunluğu üzrə audit edilir və bu istiqamətdə qərarlar qəbul edilir.

Bizim beynəlxalq qurumlarla çox sıx əməkdaşlığımlız var. AMADA Avropa Şurası, ÜADA və UNESCO-da müxtəlif komitə və qruplarda təmsil olunur, antidopinqlə bağlı fəaliyyətdə aktiv iştirak edir. Gələcəkdə də əlbəttə ki, AMADA-ya hər hansı belə etimadlar olacağı təqdirdə biz məmnuniyyətlə töhfə verməyə hazırıq.

- Siz həm də Avropa Şurasında Gender Bərabərliyi üzrə Xüsusi Komitəyə sədrlik edirsiniz. Komitənin fəaliyyət istiqamətləri və əldə etdiyi nailiyyətlər nədən ibarətdir?

- İlk növbədə qeyd edim ki, bu təyinat AMADA-nın müəllifi olduğu “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsi ilə bağlıdır. Yəni, Xüsusi Komitə layihəni daha əhatəli formada həyata keçirmək və icrasını dəstəkləmək məqsədilə yaradılıb. Mənim rəhbərlik etdiyim Komitənin tərkibi CAHAMA və Avropa Şurasının Antidopinq Konvensiyasının Monitorinq Qrupunun hər birinin təyin etdiyi üç nümayəndədən, habelə səsvermə hüququ olmayan müşahidəçi və ekspertlərdən ibarətdir. Komitə “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsinin icrası çərçivəsində antidopinq təşkilatlarında və antidopinq üzrə dövlətlərarası qurumlarda gender balansı haqqında məlumatın toplanmasını həyata keçirəcək, təsis sənədlərinin və daxili qaydaları təhlil edəcək, aşkarlanan uyğunsuzluqların aradan qaldırılması, habelə gender bərabərliyinin gücləndirilməsi üçün tövsiyələr hazırlayacaq. Komitə layihənin effektiv şəkildə həyata keçirilməsi üçün Avropa Şurasının aidiyyəti digər komitələri, qrupları və üzv dövlətləri ilə əməkdaşlıq edəcək. Komitənin fəaliyyətinin və “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsinin icrasının yekunlarına dair hesabat hazırlanacaq və Avropa Şurası Nazirlər Komitəsinə təqdim olunacaq.

Bu layihə Avropa Şurası Nazirlər Komitəsinin noyabrın 24-də keçirilən iclasında da dəstəklənib və CAHAMA-nın 2022-2025-ci illər üzrə əsasnaməsinə daxil edilib. Bildiyiniz kimi, mən 2019-cu ildən CAHAMA-nın gender bərabərliyi üzrə məruzəçisiyəm. Gender bərabərliyi Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçin gündəliyində və strateji planında yer aldığı üçün bununla bağlı AMADA-nın təşəbbüsləri və layihələri hər zaman böyük dəstəklə qarşılanır.

- Şəfəq xanım, siz 2018-ci ildən ÜADA-nın xüsusi işçi qrupunun üzvüsünüz. Bu istiqamətdəki fəaliyyətiniz barədə fikirlərinizi öyrənmək istərdik.

- Təbii ki, AMADA-nın beynəlxalq fəaliyyətində ÜADA xüsusi yer tutur. AMADA ÜADA-nın tədbirlərində fəal iştirak edir. Sizin də dediyiniz kimi, AMADA ÜADA-nın milli antidopinq təşkilatları üzrə ekspert məsləhətçi qrupunda təmsil olunur. Qrupun məqsədi ÜADA-ya bütün milli antidopinq təşkilatlarının qısa və uzun müddətli inkişafı proqramları üzrə tövsiyə və təlimatlar verməkdir. Bu il qurumun gündəliyində duran əsas məsələlərdən biri ÜADA-da idarəçilik islahatlarının aparılması və mövcud idarəetmənin təkmilləşdirilməsi idi. Bununla bağlı müzakirələrdə əsas təkliflərdən biri milli antidopinq qurumlarının ÜADA-nın təsisçilər şurasında təmsil olunması ilə bağlıdır. Qeyd edim ki, ÜADA-nın təsisçilər şurasında dövlət qurumları və Milli Olimpiya komitələri təmsil olunur. Müzakirələr nəticəsində təsisçilər şurasında iki milli antidopinq təşkilatının təmsil olunması təklif edilib. Həmin təşkilatlatların ekspert məsləhətçi qrupun üzvləri arasından seçilməsi nəzərdə tutulur.

- AMADA-nın apardığı təbliğat nəticəsində Azərbaycan idmanında qanunsuz preparatlardan istifadə hallarının sayı azalıb. İdmanda istifadəsi qadağan edilmiş maddələrin satışı ilə bağlı fitnes mərkəzlərində monitorinqlərin aparılması məsələsi aktualdır. Bu sahədə vəziyyət nə yerdədir?

- Sizin də dediyiniz kimi, bu da çox aktual bir məsələdir. Əslində, bununla bağlı daha əvvəl də müəyyən addımların atılması planlaşdırılırdı. Amma bildiyiniz kimi, pandemiya səbəbindən idman zalları, o cümlədən də fitnes mərkəzləri bağlanmışdı. Məhdudiyyətlərin aradan qaldırılması ilə bu problem yenidən aktuallaşıb.

Dopinq vasitələrinin fitnes mərkəzlərində satışının həyata keçirilməsi ilə bağlı AMADA-ya çoxlu sayda məlumat daxil olur. Bu isə nəinki idmançıların, ümumilikdə gənc nəslin sağlamlığı üçün təhlükədir. AMADA problemin törətdiyi ictimai təhlükəni də nəzərə alaraq dopinq vasitələri ilə mübarizəni gücləndirmək məqsədilə xüsusi tədbirlər planı da hazırlayıb.

Dopinqlə mübarizə sahəsində səlahiyyətli qurum olan AMADA, eyni zamanda, milli əlaqələndirici mərkəzdir. Belə ki, UNESCO-nun “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyasının tələblərinə əsasən, hər ölkədə milli uyğunluq platforması yaradılmalı və həmin platformanın işini koordinasiya edəcək milli əlaqələndirici mərkəz müəyyən edilməlidir. Azərbaycanda isə milli əlaqələndirici mərkəz qismində AMADA çıxış edir. Hazırlanan xüsusi tədbirlər planının icrası aidiyyəti dövlət qurumları ilə birgə həyata keçirilir. AMADA dopinq vasitələri ilə mübarizə sahəsində aidiyyəti dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir, birgə təhqiqat və araşdırmalar aparır və müvafiq ciddi tədbirlər görür.

- AMADA-nın uğurlu fəaliyyəti və təcrübəsi digər ölkələrin milli antidopinq agentlikləri üçün nümunə kimi göstərilə bilər. AMADA-nın bu təcrübəsindən bəhrələnmək istəyən milli antidopinq agentlikləri varmı?

- AMADA təmiz idmanın təşviqi məqsədilə beynəlxalq arenada fəal iştirak edir. Məqsədimiz milli səviyyədə fəaliyyətini təkmilləşdirməklə bərabər beynəlxalq səviyyədə dopinqlə mübarizəyə töhfə verməkdir. Çünki qarşılıqlı faydalı əməkdaşlıq həm ölkə daxilində, həm də qlobal arenada faydalıdır. Dopinqlə mübarizə sahəsində səmərəliliyin artırılması üçün milli antidpoinq təşkilatları arasında təcrübə və məlumat mübadiləsinin aparılması vacibdir. AMADA digər ölkələrin analoji qurumları ilə əməkdaşlığa böyük əhəmiyyət verir və öz müsbət təcrübələrini onlarla bölüşməyə daim hazırdır.

Fəxrlə deyə bilərəm ki, bizim təcrübəmiz bir çox hallarda digər ölkələrin antidopinq təşkilatlarına örnək göstərilir. Digər antidopinq təşkilatları bizim yaradıldıqdan sonra qısa zaman ərzində əldə etdiyimiz nəticələr və qurduğumuz idarəçilik sistemi, menecment prinsipləri və iş mexanizmimiz barədə daima maraqlanırlar. İstifadə etdiyimiz effektiv və səmərəli, eyni zamanda da texnoloji və innovativ üsullar onların diqqətini cəlb edir. Çünki öncə vurğuladığınız kimi, qısa müddət ötməsinə baxmayaraq, qlobal arenada uğur və tanınmağımızla fərqləndik və fərqlənməyə davam edirik. Deyə bilərəm ki, biz öndə gedən milli antidopinq təşkilatlarından biriyik.

İkitərəfli görüşlərdə də biz bu marağı görürük. Mən bir misal göstərmək istəyirəm. Ötən il biz Avstraliyanın dopinqlə və idman yarışlarında manipulyasiya ilə mübarizəyə cavabdeh qurumu olan “Sport Integrity Australia” ilə əməkdaşlıq sazişi imzaladıq. Onlar xüsusilə bizim idmançı hüquqları ilə bağlı layihələrimizə böyük maraq göstərirdilər. AMADA idmançılara ödənişsiz hüquqi yardımın göstərilməsini tətbiq edən nadir təşkilatlardandır. Mənim avstraliyalı həmkarım bu sahədə AMADA-nın təcrübəsini öyrənməkdə və bunun öz ölkəsində tətbiq edilməsində maraqlı olduqlarını bildirdilər.

Digər bir nümunə odur ki, dünyada antidopinq icraatı zamanı idmançı hüquqlarının qorunmasının hansı dərəcədə təmin edilməsi ilə bağlı AMADA tərəfindən hazırlanmış layihə dünyanın 60-dan çox ölkəsində icra olunur. Bu layihənin icarə edildiyi ölkələrin özündən də biz çoxlu sayda müraciətlə alırıq. Onlar məhz Azərbaycanın öz təcrübəsini öyrənmək istəklərini bildirirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır