İQTİSADİYYAT


Səfər Mehdiyev: Azərbaycanda gömrük sahəsindəki yenilikləri İslam ölkələri böyük maraqla qarşılayır

İstanbul, 1 dekabr, AZƏRTAC 

Azərbaycanın gömrük sahəsində əldə etdiyi nailiyyətlər, eləcə də tətbiq olunan yeniliklər İslam ölkələri tərəfindən böyük maraqla qarşılanır.

Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ifadə edib.

İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadiyyat və Ticarət Əməkdaşlığı üzrə daimi Komitəsinin (COMCEC) 34-cü sessiyasında müzakirə olunan məsələlərin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını qeyd edən komitə sədri bildirib ki, təşkilata üzv ölkələr Azərbaycanın hərtərəfli inkişafını, o cümlədən gömrük sahəsindəki yenilikləri öyrənməyə hədsiz maraq göstərirlər. Tərəfimizdən verilən gömrük prosedurları – “sərhəddən-buraxılışa qədər”, yəni sərhəddən keçən mallar və nəqliyyat vasitələrinin qeydiyyatı, onlar üzərində gömrük nəzarəti və təyinatı üzrə gömrük orqanına çatdırılması, mallar və nəqliyyat vasitələrinin bəyan edilməsi, bəyanetmədən sonra ödənişlər və sonda malın sahibinə buraxılması - bütün proseslərin tam avtomatlaşdırılması barədə məlumatlar bu sahədə bizimlə əməkdaşlığa meyli yaradan əsas səbəblərdən biridir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.