İQTİSADİYYAT


Səfər Mehdiyev: Cari ildə gömrük əməkdaşları məşhur universitetlərdə biliklərini artıracaq

Bakı, 14 yanvar, Elvin Camalov, AZƏRTAC

Bu il gömrük əməkdaşları məşhur universitetlərdə biliklərini artıracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Kunio Mikuriya ilə görüşdə deyib.

O bildirib ki, həm ÜGT, həm də Yaponiya Gömrük Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə Dövlət Gömrük Komitəsinin əməkdaşları bir sıra mötəbər universitetlərdə gömrük işinin təşkili sahəsində kurslarda bilik və bacarıqlarını təkmilləşdirir. Dövlət Maliyyə Proqramı çərçivəsində bu il də gömrük sahəsində təlim və tədrisin keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.