CƏMİYYƏT


Səfər Mehdiyev: Gömrükçülər son üç ildə 5 tona yaxın heroin aşkarlayıb

Bakı, 19 noyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülən qətiyyətli tədbirlər nəticəsində hər il külli miqdarda narkotik vasitənin, psixotrop maddənin və onların prekursorlarının gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınır.

Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev AZƏRTAC-a eksklüziv müsahibəsində deyib.

O bildirib ki, görülmüş tədbirlər nəticəsində 2019-2021-ci illər ərzində 551 fakt üzrə qanunsuz dövriyyədən götürülən ümumilikdə 5 ton 960 kiloqramdan artıq narkotikin 83 faizdən çoxu, başqa sözlə 4 ton 985 kiloqram 770 qramı daha təhlükəli ağır narkotik vasitə hesab edilən heroindən ibarət olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.