İQTİSADİYYAT


Səfər Mehdiyev: İlin əvvəlindən 3 milyard 380 milyon manatın dövlət büdcəsinə köçürülməsi təmin olunub

Bakı, 6 dekabr, Elvin Camalov, AZƏRTAC 

Dövlət Gömrük Komitəsi bu il də büdcə proqnozunu artıqlaması ilə yerinə yetirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, cari ilin ortalarında Dövlət Gömrük Komitəsinin illik plan proqnozu əlavə olaraq 760 milyon manat artırılıb. Bugünkü gün üçün Dövlət Gömrük Komitəsi illik plan proqnozunu artıqlaması ilə yerinə yetirib. Yanvar ayından bu günə qədər 3 milyard 380 milyon manatın dövlət büdcəsinə köçürülməsi təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.