REGİONLAR


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qısa müddətdə böyük inkişaf yolu keçib

Şəki, 13 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, ölkə vətəndaşlarının hərbi vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi istiqamətində üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının 6-cı ildönümü münasibətilə fevralın 13-də Şəkidə keçirilən tədbirdə səsləndirilib.

Şəhər rəhbərliyi və xidmətin Şəki şəhər şöbəsinin əməkdaşları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Şəki Olimpiya İdman Kompleksində təşkil edilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müəyyən etdiyi ordu quruculuğu siyasətinin yüksək səviyyədə icrasının təmin edilməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xüsusi rolu olduğunu bildirib. Vurğulayıb ki, qısa müddətdə çox böyük inkişaf yolu keçən bu qurum yarandığı gündən gənclərin hərbi xidmətə yola salınması, ordumuzun vətənpərvər gənclərlə təmin edilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirir.

Xidmətin Şəki şəhər şöbəsinin rəisi, polkovnik-leytenant Yalçın Sadıqlı SHXÇDX-nin ötən altı ildəki fəaliyyətinə qısa nəzər salıb, səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində görülən işlərdən geniş bəhs edib.

Xidmətdə fərqlənən hərbi qulluqçulara, çağırışaqədərki hazırlıq rəhbərlərinə, həmçinin SHXÇDX-nin vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədilə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirdiyi “Çağırır Vətən” mövzusunda inşa yazı müsabiqəsinin qalibinə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.

Tədbir məktəblilərin hazırladığı bədii proqramla başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.