REGİONLAR


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yeddi il ərzində böyük inkişaf yolu keçib

Yevlax, 13 fevral, AZƏRTAC

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət göstərdiyi yeddi il ərzində böyük inkişaf yolu keçib, ordu quruculuğu prosesinə öz töhfəsini verib. Xidmət səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm nəticələr əldə edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Dövlət Xidmətinin yaradılmasının yeddinci ildönümü münasibətilə Yevlax şəhərində keçirilən tədbirdə bəhs olunub.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkil və sənədlərlə tanış olub, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hazırladığı "Qələbəyə hazır ol" qısametrajlı filmini izləyib, Ümummilli Liderin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzüblər.

Yevlax Şəhər İcra Hakimiyyətində keçirilən tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İcra hakimiyyətinin başçısı Qoca Səmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin rəisi Elməddin Cəfərov başqaları tədbirdə çıxış edərək, Dövlət Xidmətinin əməkdaşlarını təbrik edib, onlara işlərində uğurlar arzulayıblar. Çıxışlarda Dövlət Xidmətinin ötən dövr ərzindəki fəaliyyəti, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində və ordu quruculuğu prosesinin təkmilləşdirilməsində rolu yüksək qiymətləndirilib.

Bildirilib ki, Xidmət ölkədə səfərbərlik işinin təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, şəffaflıq əsasında çağırışçıların həqiqi hərbi xidmətə cəlb edilməsi və ordu quruculuğu sahəsində dövlət siyasətini həyata keçirir. Azərbaycan vətəndaşlarının hərbi vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hissinin yüksəldilməsi, onların respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda hazırlıq ruhunda tərbiyə olunması məqsədilə mütəmadi ictimai tədbirlər həyata keçirir. Bu tədbirlər gənc nəslin milli ruhda tərbiyə olunması işinə müsbət təsir edir.

Tədbirdə Səfərbərlik Xidmətinin bir qrup əməkdaşına, həmçinin çağırışaqədərki hazırlıq rəhbərlərinə fəxri fərmanlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.