CƏMİYYƏT


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Milli Mətbuat Günü qeyd olunub

Bakı, 20 iyul, AZƏRTAC 

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Azərbaycan milli mətbuatının 143-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Xidmət rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev media nümayəndələrini təbrik edərək, milli mətbuatımızın keçdiyi inkişaf mərhələlərindən danışıb.

Z.Abdullayev bildirib ki, Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin qorunub inkişaf etdirilməsi, müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin imkanlarından ölkəmizdə hüquqi dövlət quruculuğu, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində düzgün istifadə edilməsi dövlət siyasətinin əsas məqsədlərindən biridir. O, ulu öndər Heydər Əliyevin reallaşdırdığı islahatlar nəticəsində ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst inkişafına əlverişli şəraitin yaradıldığını qeyd edib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən jurnalistlərin sosial-məişət problemlərinin həlli istiqamətində ardıcıl layihələr həyata keçirilir.

Z.Abdullayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə mətbuat orqanları arasında formalaşan daimi əməkdaşlıq münasibətlərinin uğurla davam etdiyini vurğulayaraq, mətbuat nümayəndələrinə müstəqil Azərbaycanımızın inkişafı naminə şərəfli və çətin fəaliyyətlərində müvəffəqiyyətlər diləyib.

Tədbirin sonunda Xidmətlə yaxından əməkdaşlıq edən jurnalistlərə “Hərbi vətənpərvərliyin təbliğində xidmətlərinə görə” diplom və qiymətli hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.