CƏMİYYƏT


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında xidməti müşavirə keçirilib

Bakı, 8 noyabr, AZƏRTAC 

Noyabrın 8-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında yerli idarə, şöbə və bölmə rəislərinin iştirakı ilə 2018-ci ilin oktyabr çağırışının yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib.

Qurumdan AZƏRTAC-a bildiriblər ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov müşavirədə çıxış edərək Prezident İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq Sərəncamının icrası ilə bağlı Xidmətdə həyata keçirilmiş tədbirlərdən danışıb. Həmçinin bu ilin oktyabr çağırışında Xidmətin yerli idarə, şöbə və bölmələrində yol verilmiş nöqsanlar təhlil edilib. Nöqsanların aradan qaldırılması və gələcəkdə təkrarlanmamasına dair göstərişlər verilib.

Müşavirə iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəldən Xidmət rəisi, ilk növbədə, səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, korrupsiyaya qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması, əməkdaşlar arasında aparılan mənəvi-psixoloji işin məqsədyönlü şəkildə davam etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.