CƏMİYYƏT


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinin sabiq rəisi barəsində cinayət işi məhkəməyə göndərilib

Bakı, 7 dekabr, AZƏRTAC

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin sabiq rəisi Babayev Rövşən Əlixan oğlu və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Rövşən Babayevin 2016-2019-cu illərdə həmin vəzifədə işləyərkən idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Yaşar Hüseynov, habelə Bakı şəhəri 3 nömrəli Şəhər Klinik Xəstəxanasının tibb işçiləri və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 çağırışçının hərbi xidmətə cəlb edilməməsi üçün ümumilikdə onlardan 22 min 800 manat pulu rüşvət qismində tələb edib almasına əsaslı şübhələr müəyyənləşdirilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Rövşən Babayev, Yaşar Hüseynov və başqalarına Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2-ci (rüşvət alma- təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Bakı Hərbi Cinayətlər Məhkəməsinə göndərilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.