REGİONLAR


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Lənkəranda və Lerikdə vətəndaşları qəbul edib

Lənkəran, 20 iyun, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyununda şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov iyunun 20-də Lənkəranda Astara və Lənkəran rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbuldan əvvəl Xidmət rəisi, general-leytenant Arzu Rəhimov və Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Qəbul zamanı hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib.

Xidmət rəisi tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun qaydada tədbirlər görülməsi üçün qeydiyyata alınıb.

Həmin gün Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Lerikdə vətəndaşları qəbul edib.

Xidmət rəhbərliyinin keçirdiyi qəbullarda 42 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi, müddətli həqiqi hərbi xidmətə cəlb edilmə, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərlə bağlı olub.

Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.