REGİONLAR


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Şəkidə vətəndaşları qəbul edib

Şəki, 21 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov sentyabrın 21-də Şəki şəhərində Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edib.

AZƏRTAC xəbər verir ki, general-leytenant Arzu Rəhimov və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla anıblar.

Xidmətin Şəki rayon şöbəsində keçirilən qəbulda 30-dək vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, müddətli həqiqi hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyəti ilə əlaqədar yaşadıqları əraziyə yaxın hərbi hissələrdə xidmət keçmələrinə kömək göstərilməsi, gələcək xidmət yerinin müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı olub.

Arzu Rəhimov vətəndaşların müraciətlərini diqqətlə dinləyib, onlara qanunvericiliyin tələbləri izah edilib. Qəbul zamanı irəli sürülən məsələlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırılmadan sonra cavablandırılacağı bildirilib.

Vətəndaşların Xidmətin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.