CƏMİYYƏT


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirəcək

Bakı, 22 may, AZƏRTAC

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov tərəfindən mayın 31-də saat 10:00-da Xidmətin Aparatında vətəndaşların videoqəbulu keçiriləcək.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, Bakıda yaşayan vətəndaşlar videoqəbulda iştirak etmək üçün Xidmətin Aparatına (Z.Əliyeva küçəsi 30) gələrək, respublikanın digər şəhər və rayonlarında yaşayan və qeydiyyatda olan vətəndaşlar isə yaşadıqları və qeydiyyatda olduqları Xidmətin yerli idarə, şöbə və bölmələrinə müraciət edərək müvafiq qaydada qeydiyyatdan keçdikdən sonra videoqəbulda iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.