SİYASƏT


Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 1953 vətəndaş qəbul edilib

Bakı, 17 yanvar, AZƏRTAC 

Səfərbərlikdən tərxis olunan şəxslərin qəbulu və müraciətlərinə baxılması ilə bağlı müdafiə nazirinin əmri ilə yaradılmış komissiya fəaliyyətini davam etdirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiyaya altı gün ərzində 1751 vətəndaş müraciət edib. Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 202 müraciətə baxılıb. Müraciətlərdə qaldırılan məsələlərin həlli üzrə müvafiq tədbirlər görülüb.

Həftə ərzində komissiya tərəfindən ümumilikdə 1953 vətəndaş qəbul edilib və müraciətləri qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.