ELM VƏ TƏHSİL


Səfəvişünaslığa dəyərli töhfə

Bakı, 13 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyevin “Əllamə Məclisi və onun Biharül-ənvar əsərinin hədis tarixində yeri” monoqrafiyası institutun elmi şurasının qərarı ilə nəşr olunub.

Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi akademik Möhsün Nağısoylu, elmi məsləhətçisi isə professor Sakit Hüseynovdur. Monoqrafiya Azərbaycan Səfəvilər dövlətinin şeyxülislamı, XVII əsr Azərbaycan ilahiyyatşünaslığının inkişafında müstəsna rol oynamış Əllamə Məhəmməd Bağır əl-Məclisinin həyat və yaradıcılığına həsr edilib.

Səfəvişünaslığa dəyərli töhfə olan bu kitabda Səfəvi şeyxülislamı Əllamə Məclisinin yetişdiyi dövrün nəzərdən keçirilməsi, onun həyat və fəaliyyətinin elmi şəkildə araşdırılması, “Biharül-ənvar” əsərinin Azərbaycan ilahiyyatşünaslığının inkişafındakı rolunun müəyyənləşdirilməsi və digər mövzular öz əksini tapıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.