İQTİSADİYYAT


Səfir: ABŞ kənd təsərrüfatı, turizm, yüksək texnologiyalar və infrastrukturun inkişafı üzrə Azərbaycanın səylərinə dəstək verməyə hazırdır VİDEO

Bakı, 17 may, Nihad Budaqov, AZƏRTAC

ABŞ kənd təsərrüfatı, turizm, yüksək texnologiyalar və infrastrukturun inkişafı sahələrində Azərbaycan tərəfindən göstərilən səylərə dəstək verməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer deyib.

“Uzun fasilədən sonra Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının iclasının yenidən keçirilməsi təqdirəlayiq haldır. ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlərdə çox mühüm və güclü potensial var. Bu potensialı inkişaf etdirmək lazımdır. Bizim marağımız ticarət dövriyyəsinin, investisiya yatırımlarının sayının və həcminin artırılmasıdır. ABŞ kənd təsərrüfatı, turizm, yüksək texnologiyalar və infrastrukturun inkişafı sahələrində Azərbaycan tərəfindən göstərilən səylərə dəstək verməyə hazırdır. Düşünürük ki, kənd təsərrüfatı sahəsi bizim üçün daha çox vacibdir. Belə ki, Bakıdakı “Caspian Agro” sərgisində ABŞ-ın 7 aparıcı şirkəti təmsil olunur və öz məhsullarını təqdim edirlər. Bu da kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafında müsbət amildir”, - deyə səfir qeyd edib.

O bildirib ki, ayın sonunda ABŞ-dan enerji sahəsində də nümayəndə heyəti Bakıya gələcək və ənənəvi “Caspian Oil and Gas” sərgisində iştirak edəcək: “ABŞ Dövlət Katibliyindən yüksək səviyyəli rəsmilər gələcək ki, bu da Azərbaycanın enerji sahəsindəki uğurlarına Birləşmiş Ştatların bir töhfəsi və dəstəyinin əyani təzahürüdür. ABŞ Azərbaycanın enerji ehtiyatlarının bazarlara çıxışına hər zaman dəstək olur”.

“Azərbaycandakı hüquqi mühit ABŞ şirkətləri üçün çox böyük əhəmiyyət kəsb edən amillərdən biridir. Bizim biznes nümayəndələrimiz tərəfindən qanunun aliliyi mühüm amildir”,- deyə L.Litzenberqer əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.