SİYASƏT


Səfir Alev Kılıç: İşğal altındakı Azərbaycan torpaqlarında keçirilən heç bir “seçki”nin hüquqi əsası yoxdur

Ankara, 13 sentyabr, AZƏRTAC

“Dağlıq Qarabağ respublikası” adlı bir qurum yoxdur, dünya birliyi tərəfindən tanınmır və tanına da bilməz. Ona görə də Azərbaycanın işğal edilmiş bu bölgəsində keçirilən heç bir “seçki”nin hüquqi əsası yoxdur.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzinin rəhbəri, səfir Alev Kılıç deyib. Səfir bildirib ki, ortadakı gerçəklik Ermənistanın işğalçılıq siyasəti və onun ağır nəticələridir. Bu, beynəlxalq cinayətdir. Təcavüzkar Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarını qeyd-şərtsiz tərk etməli, eləcə də Türkiyəyə qarşı əsassız iddialarından əl çəkməlidir. Yalnız bu halda bu dövlət öz rahat gələcəyini təmin edə bilər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.