İQTİSADİYYAT


Səfir Azərbaycan - Pakistan iqtisadi əlaqələrinin artırılmasında mühüm rol oynaya biləcək sənaye bölgələrində olub

İslamabad, 23 yanvar, AZƏRTAC

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin artırılmasına töhfə verə biləcək müxtəlif sənaye bölgələrində olub.

AZƏRTAC xəbər verir ki, Pakistanın nüfuzlu şirkətlərindən olan "Sardar Group Company"nin rəhbəri, eləcə də İslamabad Sənaye və Ticarət Palatasının keçmiş prezidenti Sərdar Yasir İlyas Xanın təşkilatçılığı ilə reallaşan ziyarət zamanı X.Fərhadov bu ölkənin yeyinti, əczaçılıq və informasiya texnologiyaları sahəsində ixtisaslaşmış zavod və fabriklərində iş proseslərini izləyib.

Səfər zamanı ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub, iqtisadi əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb, eləcə də pakistanlı iş adamlarından ibarət heyətin ölkəmizə səfərinin təşkil olunacağı diqqətə çatdırılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.