SİYASƏT


Səfir: Azərbaycan ilə Küveyt arasında əməkdaşlıq uğurla davam edir

Qahirə, 10 sentyabr, AZƏRTAC 

Küveytin nüfuzlu “Kuwait Times” nəşri Azərbaycanın bu ölkədəki səfiri Elxan Qəhrəmanın bəyanatını yayıb.

AZƏRTAC xəbər verir ki, Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın BMT-nin Beynəlxalq Humanitar Mərkəzi tərəfindən “Humanitar lider” tituluna layiq görülməsinin ildönümü münasibətilə təbriklərə qoşulan diplomatımız iki ölkə arasında əlaqələrə də toxunub.

Səfirin bəyanatında qeyd edilib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası daim Küveyt Dövlətinin dəstəyini hiss edib. Bu qarşılıqlı dəstək ikitərəfli əlaqələrlə yanaşı, bu gün BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində də davam edir”.

Diplomatımız bu yaxınlarda cərrahi əməliyyat keçirmiş Küveyt Əmirinə tezliklə şəfa tapmasını arzulayıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.