SİYASƏT


Səfir: Azərbaycan və Koreya arasındakı davamlı siyasi dialoq önəmli nümunədir

Bakı, 3 iyul, AZƏRTAC

Azərbaycan Koreya Respublikası ilə əməkdaşlıq üçün vacib tərəfdaşdır. İki ölkə arasında baş tutan qarşılıqlı səfərlər ölkələr arasında əlaqələri daha da gücləndirir. Ölkələrimiz arasında mövcud olan davamlı siyasi dialoq önəmli nümunədir. Biz beynəlxalq aləmdə bir-birimizə həmişə dəstək veririk. İqtisadi əməkdaşlıqda artımın şahidi oluruq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq Qyu bildirib.

Diplomat qeyd edib ki, mədəniyyət ikitərəfli əməkdaşlıqda çox mühüm rol oynayır. Koreya-Azərbaycan Mədəni Əməkdaşlıq Assosiasiyası iki ölkə arasında mədəni əlaqələrin inkişafını təşviq edir.

“Tələbə mübadiləsi həyata keçirdiyimiz üçün şadıq. Bu gün 24 koreyalı tələbə Azərbaycanın təhsil müəssisələrində təhsil alır. Səksən azərbaycanlı tələbə isə Koreya ali təhsil müəssisələrində təhsil alır. Koreyada Azərbaycan Dili Mərkəzi fəaliyyət göstərir və Azərbaycanın 4 universitetində Koreya dili tədris olunur. Azərbaycanda bir çox ortaq layihələrin reallaşdırılmasında Koreya aktiv iştirak edir. Onlardan biri kimi Naxçıvan Dövlət Universitetinin elektron təhsil sistemini qeyd etmək olar. Koreyanın İKT sahəsinin mütəxəssisləri Azərbaycanda çalışır və təcrübə mübadiləsi aparırlar. Koreya Azərbaycan ilə bir çox sahələrdə, xüsusilə ticarət, investisiya, təhsil, elm və araşdırma, texnologiya, səhiyyə sahələrində əməkdaşlığı genişləndirir. Turizm əlaqələri ildən-ilə genişlənir, viza sadələşdirilməsi sayəsində bu il turistlərin sayı 10 min nəfərə çatıb. Növbəti illər üçün turistlərin sayının daha da artacağına ümid edirəm”, - deyə Kim Çanq Qyu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.