SİYASƏT


Səfir Cavad Cahangirzadə: Azərbaycan-İran əlaqələri heç zaman belə yüksək səviyyədə olmayıb

Tehran, 18 iyul, AZƏRTAC

Azərbaycan-İran əlaqələri heç zaman belə yüksək səviyyədə olmayıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri yerli mətbuata müsahibəsində İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.

Səfir nəzərə çatdırıb ki, məhz Prezident Həsən Ruhani və Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində siyasi, iqtisadi, mədəni və digər sahələrdə rəsmi Bakı ilə Tehranın münasibətləri dostluq və qardaşlıq səviyyəsinə yüksəlib.

Diplomat qeyd edib ki, İran həmişə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib. Onun sözlərinə görə Azərbaycan ilə İran arasında oxşar cəhətlər çoxdur. Hər iki xalq müştərək tarixə, dinə, mədəniyyətə və hətta bənzər mətbəxə malikdirlər. Bu amillər dövlətlərin və xalqların daha da yaxınlaşmasını şərtləndirir. Hazırda Bakı yaxınlığındakı Pirallahı qəsəbəsində dərman zavodunun tikintisi davam edir. Neftçaladakı avtomobil zavodu fəaliyyətini davam etdirir və istehsal olunan avtomobillər həm yerli bazarda satılır, həm də ixrac edilir.

Səfir bildirib ki, dövlətlər arasındakı münasibətlərin inkişafı xalqların rifahının yüksəlməsinə xidmət edir.

İranlı diplomat nəzərə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev çox uzaqgörən addım ataraq İran, Azərbaycan və Rusiya prezidentlərinin üçtərəfli görüşlər keçirməsinin əsasını yaradıb. Bu görüşlər regional əməkdaşlıq və regional təhlükəsizliyin davamlı olması üçün olduqca əhəmiyyətlidir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.