CƏMİYYƏT


Səfir: Dost və qardaş ölkə Azərbaycanda ağacəkmə aksiyasında iştirak etməkdən şərəf duyuram

Bakı, 19 oktyabr, AZƏRTAC

Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə keçirilən ağacəkmə aksiyasında biz diplomatlar da iştirak edərək təbiətin yaşıllaşdırılmasına az da olsa öz töhfəmizi verdik. Bu, çox gözəl təşəbbüsdür və inanıram ki, bu cür aksiyalar bundan sonra da davam etdiriləcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib.

“Dost və qardaş ölkə olan Azərbaycanda ağacəkmə aksiyasında iştirak etməkdən şərəf duyuram. Azərbaycan və Gürcüstan xalqları tarixboyu bir-biri ilə yaxın olublar. İnanıram ki, dostluğumuz bundan sonra da davam edəcək, iki ölkə arasında əlaqələr daha da möhkəmlənəcək. Bu aksiyanın təşkili rəmzi məna daşıyır. Ağac əkmək həm də sülhü, dostluğu, qardaşlığı tərənnüm edir”, - deyə səfir bildirib.

Diplomat dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə də münasibət bildirib. O deyib ki, dahi şairin yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkmək təşəbbüsü həm də Azərbaycan xalqının ədəbi-mədəni irsinə verdiyi qiymətin təzahürüdür. Ağac əkmək yaşıllığın çox olması deməkdir. Yaşıllıq isə təbiətin, ekoloji tarazlığın qorunmasına xidmət edir. Gənc nəsil belə dahiləri unutmamalı, xatirəsini daim yaşatmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.