SİYASƏT


Səfir Erkan Özoral: Azərbaycan vətəndaşlarının Türkiyədən deportasiyasına dair yayılan xəbərlər həqiqəti əks etdirmir

Bakı, 19 sentyabr, AZƏRTAC

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu gün bəzi xəbər saytlarında Türkiyədə qeyri-leqal yaşayan Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiyasına başlanmasına dair yayılan xəbərlərə münasibət bildirib.

Səfir AZƏRTAC-a açıqlamasında deyib ki, həmin xəbərlər həqiqəti əks etdirmir. Türkiyədə yaşayan azərbaycanlıların problemləri məsələsi Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın və Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Bakıda keçirilən Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasında da müzakirə olunub və problemlərin həlli üçün lazımi addımların atılması qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.