CƏMİYYƏT


Səfir: Həftəsonu Azərbaycan dili məktəbləri milli-mənəvi dəyərlərimizi, tariximizi yaşadır və təbliğ edir VİDEO

Xarkov, 26 oktyabr, AZƏRTAC

Ölkəmizin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova Xarkov şəhərindəki həftəsonu Azərbaycan dili məktəbinin fəaliyyəti ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, “Dostluq” Azərbaycan-Ukrayna Cəmiyyətinə məxsus Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzində hazırda 55 şagird təhsil alır. Böyük qrupda (10-15 yaş) şagirdlərin sayı 30 nəfər, kiçik qrupda (5-9 yaş) isə 25 nəfərdir.

“Dostluq” cəmiyyətinin sədri Murad Ömərov və Mərkəzin direktoru Vüsalə Muradova səfiri mərkəzin müəllim heyəti, müxtəlif qruplarda tədris prosesi ilə tanış ediblər. Qeyd olunub ki, həftəsonu Azərbaycan dili məktəbi artıq 20 ildir fəaliyyət göstərir.

Elmira Axundova böyük qrupda dinşünaslıq, kiçik qrupda isə Azərbaycan dili dərslərində iştirak edib, tədris ədəbiyyatı ilə tanış olub. Sonra “Dostluq” cəmiyyətinin üzvləri, valideynlər və şagirdlərin iştirakı ilə görüş keçirilib. Görüş mərkəzin şagirdləri ifasında Azərbaycan və Ukraynanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Prezident İlham Əliyevin siyasi kursunun son dövrlərdə diaspor hərəkatını daha da gücləndirdiyini deyən Elmira Axundova qeyd edib ki, həftəsonu Azərbaycan dili məktəbləri dilimizi, milli-mənəvi dəyərlərimizi, tariximizi yaşadır və təbliğ edir.

Vətən müharibəsinə toxunan səfir vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun işğalda altında olan ərazilərimizi azad etməsi illərdən bəri yürüdülən düşünülmüş və uzaqgörən siyasətin nəticəsidir. Azərbaycan Prezidenti həm döyüş, həm də informasiya meydanında qalib gəldi.

Sonda səfirlik tərəfindən mərkəzə kitablar və əyani vəsaitlər hədiyyə edilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Xarkov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.