Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Səfir Həsən Hami: Mərakeş Krallığı ilə Azərbaycan arasında bütün sahələrdə çox yaxşı əlaqələr mövcuddur
AzərTAc-ın “Səfir saatı”nın qonağı Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hamidir VİDEO

Səfir Həsən Hami: Mərakeş Krallığı ilə Azərbaycan arasında bütün sahələrdə çox yaxşı əlaqələr mövcuddurAzərTAc-ın “Səfir saatı”nın qonağı Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hamidir VİDEO

Bakı, 20 fevral (AZƏRTAC). “Mərakeş Krallığı ilə Azərbaycan arasında bütün sahələrdə, xüsusilə siyasi sahədə çox yaxşı əlaqələr mövcuddur. İqtisadi müstəvidə əlaqələrin səviyyəsinə gəldikdə, onları da yüksək ikitərəfli əlaqələr müstəvisinə qaldırmaq istəyirik”.

Bu fikirləri AZƏRTAC-ın yeni layihəsi olan “Səfir saatı”nın qonağı, Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hami demişdir.

Səfirlə müsahibəni təqdim edirik.

- Mərakeşlə Azərbaycan arasında siyasi və iqtisadi əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirdiniz. Bununla bağlı daha nə deyə bilərsiniz?

- Zati-aliləri Kral VI Məhəmmədlə cənab Prezident İlham Əliyev arasında sıx dostluq əlaqələri vardır. Biz səfirlərə də aydın şəkildə tapşırılıb ki, bu əlaqələrin səviyyəsini daha da yüksəldək. Mədəniyyət sahəsində də, təbii ki, əlaqələrimiz yaxşıdır və Mərakeş xalqı ilə Azərbaycan xalqı arasında sıx dostluq münasibətləri mövcuddur.

Bildiyiniz kimi, Mərakeş Krallığı parlamentinin nümayəndə heyəti Azərbaycanda səfərdədir. Nümayəndə heyətinin Azərbaycan parlamentində və bir sıra dövlət qurumlarında görüşləri planlaşdırılır. Eyni zamanda, bu il Azərbaycan-Mərakeş Müştərək Komissiyasının iclası keçiriləcəkdir. Hazırda tədbirin keçirilmə vaxtı razılaşdırılır. İclasın Bakıda hər iki ölkənin xarici işlər nazirinin Elmar Məmmədyarov və Səlahəddin Mizvarın sədrliyi ilə keçirilməsi nəzərdə tutulur.

- Mərakeş və Azərbaycan arasında mədəni və təhsil sahəsində əlaqələrin gələcəyini necə görürsünüz? Bu il iki dövlət arasında hansısa yeni layihələrin işlənib həyata keçirilməsi gözlənilirmi?

- Mədəni əlaqələrimiz də çox yaxşıdır. 2009-cu ildə Mərakeşin Bakıda və 2007-ci ildə isə Azərbaycanın ər-Rabatda səfirliyi açılandan bəri hər iki ölkədə mədəniyyət günləri keçirilmişdir. Yaxın vaxtlarda Mərakeşdə Azərbaycanın daha bir mədəniyyət günlərinin keçirilməsi gözlənilir. Bundan əlavə, Mərakeş Beynəlxalq Muğam Festivalında, Azərbaycanın ev sahibliyi etdiyi sivilizasiyalar və mədəniyyətlərarası dialoqa həsr olunmuş konfranslarda müntəzəm şəkildə iştirak edir. Bundan əlavə, səfirlik Azərbaycanda akademiyaların, universitetlərin təşkil etdiyi bütün simpoziumlara qatılır.

Təhsil sahəsində əməkdaşlığa gəldikdə, demək lazımdır ki, ölkələrimizin təhsil nazirlikləri bununla bağlı saziş imzalamağa hazırdır. Müştərək komissiyanın iclasında bir çox sazişin - iqtisadiyyat, təhsil, mədəniyyət, səhiyyə, baytarlıq və başqa sahələrdə təqribən 12-dən artıq sazişin imzalanması gözlənilir.

Keçən il V Məhəmməd Universiteti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq sazişi imzalanmışdır. Bizi maraqlandıran məsələlərdən biri də Mərakeş universitetlərində Azərbaycan dilinin tədrisi bölməsinin açılmasıdır.

- Həm Mərakeş, həm də Azərbaycan geniş turizm imkanlarına malikdir. Bu sahədə əməkdaşlıq perspektivlərini necə qiymətləndirirsiniz?

- 2007-ci ildə Mərakeşlə Azərbaycan arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq sazişi imzalanmışdır. Səhv etmirəmsə, bu saziş təkcə turist mübadiləsinə, qarşılıqlı səfərlərin təşkil olunmasına deyil, həm də turizm infrastrukturu sahəsində əməkdaşlığa imkanlar açır. Mərakeş öz turizm müəssisələrini yaratmaqla, köməyini göstərməyə hazırdır. Ölkəmizin turizm sahəsində böyük təcrübəsi vardır. 2013-cü ildə Mərakeşə 10 milyondan artıq turist gəlmişdir. Böyük turizm imkanlarına malik olan Azərbaycan Mərakeşin təcrübəsindən yararlana bilər. Biz bu köməyi göstərməyə hazırıq.

Ötən il Mərakeşə təqribən min nəfərdən çox azərbaycanlı turist gəlmişdir.

- Hökumətlərarası komissiyanın iclasında daha hansı sazişlərin imzalanması gözlənilir?

- Bu barədə söhbətin əvvəlində bir qədər danışdım. Əlavə olaraq demək istəyirəm ki, bir çox sazişlər üzərində iş artıq bitib, qalan bəzi kiçik məsələləri də bu yaxınlarda həll edəcəyik. Bu sazişlər ikiqat vergitutmadan azad olmağı, investisiyalar, səhiyyə, baytarlıq, təhsil, İKT və başqa sahələri əhatə edir. Digər bir mühüm saziş də fövqəladə hallarda əməkdaşlıqla bağlıdır.

Fürsətdən istifadə edərək, demək istəyirəm ki, Heydər Əliyev Fondu ilə Mərakeşdəki müvafiq cəmiyyətlər arasında əlaqələr də qurula bilər. Heydər Əliyev Fonduna Azərbaycanın birinci xanımı Mehriban Əliyeva rəhbərlik edir, Mərakeşdəki oxşar cəmiyyətlərə isə Kralın həyat yoldaşı şahzadə Səlma və Kralın bacıları başçılıq edirlər. Bu cəmiyyətlər səhiyyə, qadın məsələləri ilə məşğuldurlar. Burada əməkdaşlıq imkanları vardır.

- Siz həm də yazıçısınız. Novellalarınızın birində əsərin əsas personajı Qafqazla Skandinaviya arasındakı oxşar kökləri axtaran azərbaycanlı qadındır. Eyni zamanda iki romanınızın qəhrəmanları da azərbaycanlılardır. Niyə məhz azərbaycanlılar?

- Bunun sadə səbəbi var. Mən diplomat kimi müəyyən ölkədə yaşadığım zaman təkcə siyasi, iqtisadi vəziyyət haqda məruzələr hazırlamaqla kifayətlənmirəm, eyni zamanda ölkələrin xalqları haqqında yazıram. Bu, bir diplomat kimi mədəniyyətləri başa düşməkdə mənə kömək edir. Xalqların düşüncələri, adətləri çox maraqlıdır. Məhz bunların vasitəsilə siyasəti, iqtisadiyyatı başa düşə bilərsən. Bundan qabaq bir çox ölkələr haqqında yazmışam.

Sizin dediyiniz novellada isə Orta Asiyada, Qafqazda neft, enerji, qaz uğrunda mübarizədən danışılır. Bu mübarizənin mənfi təsirləri də vardır. Ekologiyaya, iqlimə təsir edir. Azərbaycan və başqa xalqların tarixi kökləri barədə oxuyarkən, gördüm ki, vikinqlərin buradan getməsi haqda mülahizələr vardır. Mən Norveçdə işləmişəm, bu ölkənin şimalında bişirilən bir yemək var. Onu buxarda hazırlayırlar. Əhalinin fikrincə, bu xörək yalnız Skandinaviya ölkələrinə xasdır. Amma Mərakeşin şimalında da buna oxşar yeməyi eyni üsulla bişirirlər. İki il bundan qabaq Şəkiyə səfər edərkən orada da bu yeməyin eyni üsulla bişirildiyinin şahidi oldum. Müəyyən etdim ki, burada da oxşar köklər vardır.

Mən ekologiya məsələləri ilə də çox maraqlanıram. Bu haqda roman yazmaq qərarına gəldim. Romanın dörd qadın qəhrəmanından biri azərbaycanlıdır. Mövzusu isə iqlim dəyişikliyi barədədir. Qadınlardan ikisi amerikalı (biri Danimarka əsilli), biri azərbaycanlı, digəri isə mərakeşlidir. Onların sosial, psixoloji ortamda dialoqları ekologiya ilə bağlıdır. Azərbaycanlı qadın jurnalistdir. Onu Kopenhagenə göndərirlər ki, orada keçirilən konfransı işıqlandırsın. O, səfəri zaman Skandinaviya ilə Azərbaycan arasında oxşar köklər üzə çıxarır.

Başqa bir novellam ailə münasibətlərinə həsr olunub. Ər əcnəbi, onun həyat yoldaşı isə azərbaycanlıdır. Qadının əvvəlki azərbaycanlı ərindən bir qızı vardır. Novellada Azərbaycan ənənələri və mədəniyyəti vasitəsilə şəxsiyyətlər arasında dialoq qurmaq üçün yeni informasiya texnologiyalarından istifadə etmişəm. Əsərlərimin hamısını ingilis dilində qələmə almışam. Oxusanız görərsiniz ki, mən xalqların mədəniyyəti ilə necə yaxından maraqlanıram. Hesab edirəm ki, hər bir diplomatın birinci missiyası məhz mədəniyyətdir.

- Cənab səfir, maraqlı söhbətə görə təşəkkür edirəm, sizə diplomatik və ədəbi fəaliyyətinizdə uğurlar arzulayıram.

- Mən də sizə, bütün jurnalistlərə təşəkkür edirəm. Mən özüm də jurnalist olmuşam.

 

Səfir Həsən Hami: Mərakeş Krallığı ilə Azərbaycan arasında bütün sahələrdə çox yaxşı əlaqələr mövcuddurAzərTAc-ın “Səfir saatı”nın qonağı Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hamidir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO