İQTİSADİYYAT


Səfir: Hindistanla Azərbaycan arasında ticarət dövriyyəsi 85 faiz artıb

Bakı, 7 mart, Pərvanə Rəhimova, AZƏRTAC

Hindistan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 85 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Hindistanın Azərbaycana yeni təyin olunan səfiri Bavitlunq Vanlalvavnan jurnalistlərə müsahibəsində deyib.

“Hindistanla Azərbaycan arasındakı əlaqələrin qədim tarixi var. Bütün sahələrdə olduğu kimi, bizim iqtisadiyyat və investisiyalar sahələrində əlaqələrimizin inkişafını xüsusi qeyd etmək istəyirəm. 2016-cı illə müqayisədə son iki ildə Hindistan ilə Azərbaycan arasında ticarət dövriyyəsində 85 faiz artım müşahidə olunub. Bu, çox sevindirici haldır. Hindistan şirkətlərinin Azərbaycana marağı artır”, - deyə səfir qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.